Ərdoğanla Putin üçtərəfli Moskva görüşünü müzakirə etdi
Siyasət
Oxunub: 227
13 Ock 2021 | 16:57
Ərdoğanla Putin üçtərəfli Moskva görüşünü müzakirə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin 11 yanvarda baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü müzakirə edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib. Bildirilib ki, Putin görüşün yekunları ilə bağlı Ərdoğanı məlumatlandırıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Vladimir Putin 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ Bəyannaməsinin icrasına baxıldığı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar Moskvada keçirdiyi üçtərəfli görüşün əsas nəticələri barədə məlumat verib”,- deyə Kremlin açıqlamasında qeyd olunub.

Söhbət əsnasında danışıqların əsas nəticələrindən birinin Azərbaycan və Ermənistan tərəfindən “münasibətləri normallaşdırmaq əhval-ruhiyyəsinin, dinc həyatın qurulmasında qarşılıqlı əməli fəaliyyətə hazırlığın, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması” ilə bağlı atılacaq addımların təsdiqlənməsi olduğu vurğulanıb.

“Dağlıq Qarabağ ətrafında vəziyyətin ümumi sabitləşməsi nəzərə alınaraq, bu istiqamətdə bir sıra vacib addımlar barədə razılığa gəlmək mümkün oldu”,-deyə açıqlamada əlavə olunub.

Ərdoğan Putinə Rusiya Federasiyasının Qarabağ münaqişəsinin həlli yolunda səylərini dəstəklədiyini və Rusiya ilə Türkiyə arasında fəaliyyət koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

“Rəcəb Tayyib Ərdoğan, Dağlıq Qarabağ nizamlanması istiqamətində Rusiyanın səylərini dəstəklədiyini, bölgənin iqtisadi inkişafı və qarşılıqlı faydalı layihələrin təşviqi daxil olmaqla, Rusiya ilə Türkiyə arasındakı faəliyyətlərin koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib”, - deyə məlumatda qeyd olunub.

Liderlər, həmçinin atəşkəsə və Qarabağdakı bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin qurulmasını müzakirə ediblər: “Ayrılıqda, atəşkəs və münaqişə bölgəsindəki bütün döyüş əməliyyatları üzərində nəzarət üçün Rus-Türk Mərkəzinin formalaşmasının bəzi məqamlarına toxunulub”.

Bundan əlavə iki ölkə arasında peyvəndlərin birgə istehsalı və istifadəsi üzrə əməkdaşlıq planlarının icrası da daxil olmaqla, pandemiya ilə mübarizə problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb: “İkitərəfli gündəliyin müzakirəsi zamanı qarşılıqlı ticarət həcminin artırılması, əsas sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin peyvəndlərin birgə istehsalı və istifadəsi planlarının icrası da daxil olmaqla koronavirus pandemiyası ilə mübarizə problemlərinə xüsusi diqqət yetirilib”.

Yekun olaraq, Putin və Ərdoğan bir-birilərini yeni il münasibətilə təbrik edib və Rusiya ilə Türkiyə arasındakı çoxşaxəli tərəfdaşlığın bu il daha da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. Liderlər müxtəlif səviyyələrdə müntəzəm dialoqların aparılması barədə razılığa gəliblər.
30-12-2021, 16:31
Yevlax “MERO”sunda avtomobillərə saxta sənəd düzəldirlər – ŞOK VİDEO
9-10-2021, 15:35
Xırdalan qəbiristanlığı acınacaqlı durumda və qiymət özbaşınalığı - Qəbiristanlıq biznesi - Cənab Prezidentin nəzərinə!
6-10-2021, 01:48
Əməkdar Müəllim
6-10-2021, 01:46
İsmayıllı rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olunub
5-10-2021, 13:46
İsmayıllıdan olan şəhid Ramil Musayevin medalı ailəsinə təqdim edilib
5-10-2021, 13:45
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
5-10-2021, 13:41
Ekologiya Nazirliyi paxlava yeyib dron uçurdub şou göstərir ya...VİDEO
5-10-2021, 13:34
İsmayıllı rayon təhsil şöbəsinin müəllim günü təbriki
4-10-2021, 01:35
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
4-10-2021, 01:28
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
4-10-2021, 01:23
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
4-10-2021, 01:17
İsmayıllıda şəhidlər daima anılır
4-10-2021, 01:15
İsmayıllıda Kəlbəcərdən olan şəhidin məzarı ziyarət edilib
3-10-2021, 12:00
Əhliman Əmiraslanov indi də səhiyyə naziri olmaq istəyir- Keçmiş rektorun topdağıtmaz mülkləri
2-10-2021, 20:16
SAHİL BABAYEVİN DİQQƏTİNƏ: MASALLIDA ƏMƏK MÜFƏTTİŞLƏRİNİN YARİTMAZ FƏALİYYƏTİ
2-10-2021, 20:10
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
2-10-2021, 10:59
Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir
2-10-2021, 10:50
İsmayıllı Rayon Təhsil Şöbəsi monitorinqləri davam etdirir
2-10-2021, 10:43
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
2-10-2021, 10:41
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
1-10-2021, 16:43
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
1-10-2021, 12:40
Keçmiş məhkum olduqca ciddi və doğru faktlar açıqladı
1-10-2021, 12:36
Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət və turizm mərkəzində milyonluq mənimsəmə!Video-müraciət
1-10-2021, 12:29
İsmayıllıda ictimai qınaq! Ay heyvan sındırma! Video
1-10-2021, 11:18
Aidiyyatı orqanlar niyə Masallıda olan "meşə mafiyasın" "dur" deyə bilmir?!
30-09-2021, 11:31
Cənub bölgəsində meşələrin soyqırımı davam edir
30-09-2021, 02:18
Tarixi qərar və şanlı Qələbə