Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Gündəm / Sosial / Araşdırma / Video
Oxunub: 184
3 Ağu 2021 | 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə


İsmayıllı rayon sakini Hacızadə Elvin Babaverdi oğlu, saytımıza müraciət edərək başına gətirilən məmur özbaşınalığına etiraz edir.
Mən Hacızadə Elvin Babaverdi oğlu.İsmayıllı rayon sakiniyəm.Mənim şikayətim ədliyyə nazirliyi məhkəmə qərarlarının icrası baş idarəsinin İsmayıllı rayon icra qrupunun əməkdaşı Rahim Mustafayev barəsindədir.2016-cı ildən əmlakımla bağlı həm yerli, həm apellyasiya,həm də ali məhkəmənin lehimə çıxardığı qətnaməni icra etməkdən boyun qaçırır.Rahim Mustafayev hər dəfə bir bəhanə ilə qətnaməni icra etməkdən yayınır.Dəfələrlə prezident cənab İlham Əliyevə müraciət etmişəm.Ədliyyə naziri Fikrət Məmmədovun qəbulunda olmuşam.Baş prokurorluğa müraciət etmişəm.Ombudsman aparatına müraciət etmişəm.Rayonumuzun həm Sabiq,həm də hazırkı icra hakimiyyəti başçısının qəbulunda olub problemi diqqətinə çatdırmışam.Ancaq heç bir nəticə yoxdur.



Mərhum atam bu adamlara 2002-ci ildə müvəqqəti yaşamaq üçün icazə verib.Sonradan bu şəxslər mülkümüzdən çıxmaqdan imtina etdilər.2016-cı ildən üzü bəri məhkəmə prosesi davam edir.Atam 2018-ci ildə dünyasını dəyişdi.Atamın hüquqi varisi mənəm.2021-ci ilin əvvəlində bu adamlara dövlət Ağcabədi rayonunda 2-otaqlı ev verirdi.Adamlar bu evdən imtina etdilər ki,biz burada qalırıq.Mən burada iş qurmaq istəyirəm ancaq bu adamlar mülkümü başaltmırlar.Məni hədələyirlər ki,buralara gəlsən səni balta ilə vuracayıq.
Mən ədliyyə nazirliyi məhkəmə qərarlarının icrası baş idarəsinə müraciət edərək bildirdim ki,qərarın icrasını başqa rayona həvalə edin.Çünki icraçı Rahim Mustafayevin davranışı məni qane etmir.Bəlkə də hansısa maraq dairəsində olduğu üçün,qərarı icra etmir.Ancaq baş idarə qərarın icrasını yenidən Rahim Mustafayevə həvalə etdi.
Cənab prezidentin sərəncamına əsasən 1992-1998-ci illərdə haradasa yerləşən köçkünlərin köçürülməsi dayandırılıb və onlara möhlət verilib.Ancaq bu sərəncamın 2002-ci ildə yerləşən adamlara nə dəxli ola bilər?
Şikayətçi ilə birlikdə icraçı Rahim Mustafayevin yanında olduq və onun münasibətilə tanış olduq
Rahim Mustafayev: Mənim bu işdə heç bir Maddi yaxud da başqa marağım yoxdur.Çünki mən əmr quluyam.Baş idarə nə deyirsə onu da icra edirəm.Əsas problem isə bu mülkdə məcburi köçkünlərin olmasıdır.Dövlətimiz,prezidentimiz köçkünlərə hələ ki, möhlət hüququ verib.Baxın problem bundadır.
Elvin Hacızadənin bir neçə sualını İcraçı demək olar ki,cavablandıra bilməyib dedi.Bəli,sən haqlısan.Onlar sənin mülkünü boşaltmalıdırlar.Ancaq nə olsun ki,nazirin qəbuluna düşmüsən.Cənab nazir sənə belə deyir,mənə isə başqa cürə.
Demək belə nəticə çıxır ki, məhkəmə qərarlarının icrasına şəxsən nazir Fikrət Məmmədov nəzarət və mane olur? Çox təəssüf.
Dövlət qaçkınkomun İsmayıllıda yerləşən komissiyasının sədri Tahir Əliyev köçkünlərə saxta sənəd, arayış verir.Bizim bu işdə Tahir Əliyev saxta arayış təqdim edib ki,güya bu Cəbrayıl köçkünləri bizim mülkdə 1997-ci ildən məskunlaşmış və yaşayırlar.Düzdür məhkəmə bu arayışı saxta elan edərək ləğv etdi.Ancaq Tahir Əliyev köçkünlərə saxta arayış verməklə köçkünlərlə yerli adamları məhkəmədə münaqişəyə sövq edir.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Sonda Video-müsahibəni izləməyi və paylaşmağı unutmayın.Kanalımıza abunə olun.

Elçin İsmayıllı.


Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 21:54
İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar
Dün, 21:46
Lerik meşələrinin qırılması Ekologiya və təbii sərvətlər nazirliyi səviyyəsində həyata keçirilir! Video-Audio
Dün, 10:25
İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir
Dün, 10:23
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Dün, 10:19
Lerik meşələrinin qənimi Nazir Orucov yenə də qan-qan deyir! Video-audio
15-09-2021, 13:13
Azərbaycan Respublikasının Prezdenti İLHAM ƏLİYEVƏ
15-09-2021, 13:12
Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə
15-09-2021, 01:31
Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə
13-09-2021, 09:05
İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO
11-09-2021, 15:59
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
9-09-2021, 10:54
Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO
8-09-2021, 01:52
Təhsil əngəl tanımır
8-09-2021, 01:50
İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir
7-09-2021, 10:29
Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
7-09-2021, 10:27
Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!
7-09-2021, 10:16
Gürcüstanda qızqın seçkilər ərəfəsidir
7-09-2021, 10:13
Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT
7-09-2021, 10:09
Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video
6-09-2021, 00:37
Mehdi Səlimzadə üzünə qanunsuz əməllərinə görə etiraz etdiyimə görə məndən qisas alır Video
6-09-2021, 00:31
Siyəzən rayon icra hakimiyyəti başçısının birinci müavini Aqşin Ağayev barəsində şok iddia - Video
3-09-2021, 11:57
Azərbaycanın yeni yaşayış mərhələsi
3-09-2021, 11:57
Mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürü
3-09-2021, 00:11
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
3-09-2021, 00:10
Göyçay: Məktəbimiz, yolumuz bərbad, baxanımız yoxdur,10 dəqiqəlik yolu 40 dəqiqəyə gedirik,uşaqlar məktəbdən evə bit-birə gətirirlər...!_ŞİKAYƏT
2-09-2021, 11:41
“Bakcell” oğurluğundan dönən deyil…
2-09-2021, 11:35
Əhmədzadə qardaşlarının “SOCAR Trading”dəki özəl biznesi
2-09-2021, 01:35
Bununla neçənci dəfədir ki, eyni biabırçılıq yaşanır. Vəkilə hücum etmək, əl qaldırmaq nə deməkdir də, a kişi?! Cəzasızlıq mühiti yaradılıb bu qoçular üçün?!