Masallıda "yığışaq, müharibəyə gedin" ləqəbli məmur YAP-ı "yeyir" - İDDİA
Gündəm / Sosial
Oxunub: 126
9 Haz 2021 | 17:30

Masallıda "yığışaq, müharibəyə gedin" ləqəbli məmur YAP-ı "yeyir" - İDDİA

Masallı YAP təşkilatının sədri Seyfəddin Əliyev məsxərə ünvanına çevrilib. Onun müharibə dövründə oğlunu Bakıya qaçırması Masallıda hələ də müzakirə mövzusudur.

Masallıdan daxil olan Seyfəddin Əliyevə müharibə dövründə atdığı addımlarına görə "yığışaq, müharibəyə gedin", ləqəbi verilib. Belə ki, müharibənin qızğın günlərində Seyfəddin Əliyev Masallı əhlinə övladlarını müharibədən yayındırmamaq çağırışları edib. Növbə oğlu, 22 yaşlı Şahin Əliyevə çatanda isə Seyfəddin Əliyev əl-ayağa düşüb. Oğlunu Masallı rayon hərbi komissarlığının qarşısına toplaşmış camaatın gözü qarşısında səfərbərlik avtobusuna mindirib. Avtobus Cəlilabad rayonu ərazisində olanda isə Şahin Əliyevi avtobusdan düşürüblər. Beləcə Şahin Əliyevin müharibəyə getməsinin qarşısı alınıb. İndi də Seyfəddin Əliyev şəhid dəfnlərinə gedib orada vətənpərvərlik mövzularından danışır. Bu isə yerli əhali arasında ikrah hissi yaradır.

Ümumiyyətlə isə Seyfəddin Əliyevin rayondakı fəaliyyəti haqda da çox ciddi məlumatlar var. YAP Masallı təşkilatının sədri hər ay toplanan üzvlük haqlarını özünün şəxsi vəsaiti kimi xərcləməsi barədə də daxil olan məlumatlarda yer alır. Qeyd edilir ki, Masallıda 12 minə yaxın YAP üzvü var. Hakim partiyada üzvlük haqqı isə 1 manatdır. Hər ay 10 min manata yaxın məbləğ təkcə Masallı YAP-çılarının cibindən çıxır və Seyfəddin Əliyevin cibində yoxa çıxır. Bu məsələnin Şahin Məmmədov Masallıya icra başçısı yeni təyin olunan zaman çox ciddi şəkildə çək-çevir olunduğu qeyd olunur. Seyfəddin Əliyev o zaman vəziyyətdən çıxa bilib.

Masallıdan daxil olan məlumatda o da bildirilir ki, Seyfəddin Əliyevin rayondakı "ölü canlar"la da əlaqələri var. Masallıda müharibədən dönən qaziləri "iş yoxdur" deyib qapıdan yola salırlar. Belə bir vaxtda Seyfəddin Əliyevin qaynı Şəmkir Kərimov təlimatçı vəzifəsində gün keçirir. Halbuki, Şəmkir Kərimov səfərbərlikdən yayınıb.

Seyfəddin Əliyevin müharibədən yayındırdığı oğlu Şahin Əliyev də Masallı rayon Kommunal Təsərrüfat Birliyində rəsmi işçidir, amma onu də işdə görən olmayıb. Bundan başqa həyat yoldaşı Masallı Rayon Mədəniyyət evində işçi olaraq qeydiyyatdadır. Baldızı digər kəndlərdən birində işçi olaraq qeydiyyatdadır.

Məlumatda o da qeyd olunur ki, Seyfəddin Əliyev icra başçısı Şahin Məmmədovun yaxın ətrafnda yer alıb və icra başçısının adından istədiyini edir.

Milliyol.az
Bugün, 01:33
Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət
Dün, 18:10
Vilayət Eyvazov mayora vəzifə verdi
Dün, 18:04
Yardımlıda son vəziyyət: Sakinlər də köməyə cəlb olundu - VİDEO
Dün, 17:55
Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
Dün, 14:05
Prezident növbəti “ASAN xidmət”in açılışında (FOTOLAR)
Dün, 13:47
Millət vəkili saxlanıldı
Dün, 10:11
Şaftalını yeməkdən sonra yeməyin Faydaları
Dün, 09:46
Tuncelidə meşələrə giriş qadağan edildi
Dün, 09:31
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adlayıb
Dün, 09:30
Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü təbrik edib - FOTO
Dün, 09:17
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – VİDEO/FOTO
Dün, 09:00
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Dün, 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 01:25
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Dün, 01:22
Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır
2-08-2021, 16:00
Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
2-08-2021, 15:32
Azərbaycanda “Futbol klubu” ləğv olunur
2-08-2021, 15:02
Bu gün Azərbaycan Kinosu Günüdür
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
2-08-2021, 13:04
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
2-08-2021, 12:50
Zakir Həsənov Ermənistan təxribatları ilə bağlı ƏMR VERDİ
2-08-2021, 12:39
Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı
2-08-2021, 12:35
Erməni əsirlər Azərbaycan xalqından üzr istədi - YENİLƏNİB
2-08-2021, 12:28
Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi
2-08-2021, 12:19
Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR
2-08-2021, 11:43
Azərbaycanda toya görə daha 185 nəfər cərimələndi
2-08-2021, 11:36
Günün rəsmi valyuta məzənnələri