KTN-nin İsmayıllıdakı kantorunda ÖZBAŞINALIQ... - İTTİHAM
Gündəm / Araşdırma
Oxunub: 121
9 Haz 2021 | 10:00
KTN-nin İsmayıllıdakı kantorunda ÖZBAŞINALIQ... - İTTİHAM

Kənd təsərrüfatı nazirliyinin İsmayıllıda yerləşən regional idarəsi "DAİM" barəsində redaksiyamıza şok məlumatlar daxil olub. Eyni məzmunlu məsələ ilə bağlı bir ay bundan əvvəl, idarədən işdən çıxarılmış və bunu şəxsinə qarşı ədalətsiz qərar kimi qiymətləndirərək KİV lərə müraciət edən sabiq "DAİM"əməkdaşı Amid Tahirov da bildirmişdi. Amid Tahirov vaxtilə bu idarədə 8-il işlədiyini və gördüklərini yazmışdı. Ancaq son günlər bu idarə haqqında daha ciddi faktlar ortaya çıxmaqdadır. Belə ki, idarəyə sosial işçilər kimi işə götürülmüş şəxslərin maaş kartları rəis Rövşən Yəhyayev cənablarının cibindədir. Əslində bu işçilərin kəndlərdəki baytarlıq və sair məntəqələrdə işləməli olduğu bildirilir. Ancaq məntəqə sədrləri bu adamları tanımır. İşçilərin bir hissəsi ölkənin ayrı-ayrı yerlərində yaşayır, ya işləyirlər. Ancaq adlarına pul köçürmələri həyata keçirilir və mənimsənilir. İşçilər içərisində xeyli sayda rəis Rövşən Yəhyayev və baytarlıq idarəsinin rəisi Mahir Bayramov cənablarının qohumları var. Bu şəxslərin hər birinə aylıq 250 azn pul yazılır. Baytarlıq idarəsinin balansında olan 3-ədəd 3 təkərli motoskleti satılmışdır. "DAİM" məxsus 4 ədəd müxtəlif markalı avtomobillər ayrı-ayrı şəxslərin istifadəsinə verilmişdir və hazırda dövlətin texnikalarının bir qrup şəxsin korporativ maraqlarına xidmət etdiyi bildirilir. Baytarlıq idarəsində labaratoriya sahəsində çalışan xanım gözdən əlildir və rayon səhiyyəsinin qeydiyyatındadır. Ancaq həmin xanım rəhbərliyə yaxın olduğu üçün işinə davam etməkdədir. Maraqlıdır ki, labaratoriya kimi məsuliyyətli bir işi ona necə həvalə ediblər? Axı qanun bunu qadağan edir.1.Babayev Vaqif Qərib oğlu. 2.Asvarov Agazər Asvar oğlu. Bu şəxslərin də adlarının olub, özlərinin ortalıqda olmadığı bildirilir.İdarənin saxta statistika ilə Mərkəzi hakimiyyət orqanlarını aldatdığını söyləyirlər. Belə ki, statistikada göstərilən əkin sahələri, fındıq bağları, kənd təsərrüfatı məhsulları yalnız kağız üzərində olaraq qalır. Rayon icra hakimiyyəti başçısının aparatı hər il bu məlumatlar əsasında başçının illik hesabatını təqdim edirlər. //azerinfo.az//
Bugün, 01:33
Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət
Dün, 18:10
Vilayət Eyvazov mayora vəzifə verdi
Dün, 18:04
Yardımlıda son vəziyyət: Sakinlər də köməyə cəlb olundu - VİDEO
Dün, 17:55
Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
Dün, 14:05
Prezident növbəti “ASAN xidmət”in açılışında (FOTOLAR)
Dün, 13:47
Millət vəkili saxlanıldı
Dün, 10:11
Şaftalını yeməkdən sonra yeməyin Faydaları
Dün, 09:46
Tuncelidə meşələrə giriş qadağan edildi
Dün, 09:31
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adlayıb
Dün, 09:30
Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü təbrik edib - FOTO
Dün, 09:17
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – VİDEO/FOTO
Dün, 09:00
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Dün, 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 01:25
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Dün, 01:22
Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır
2-08-2021, 16:00
Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
2-08-2021, 15:32
Azərbaycanda “Futbol klubu” ləğv olunur
2-08-2021, 15:02
Bu gün Azərbaycan Kinosu Günüdür
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
2-08-2021, 13:04
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
2-08-2021, 12:50
Zakir Həsənov Ermənistan təxribatları ilə bağlı ƏMR VERDİ
2-08-2021, 12:39
Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı
2-08-2021, 12:35
Erməni əsirlər Azərbaycan xalqından üzr istədi - YENİLƏNİB
2-08-2021, 12:28
Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi
2-08-2021, 12:19
Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR
2-08-2021, 11:43
Azərbaycanda toya görə daha 185 nəfər cərimələndi
2-08-2021, 11:36
Günün rəsmi valyuta məzənnələri