Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"
Gündəm / Sosial
Oxunub: 114
9 Haz 2021 | 09:00
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"

Son bir il yarımda koronavirus pandemiyasına görə Təhsil Nazirliyinin tədris sahəsində olan fəaliyyətini fasilələrlə davam etdirsə də, digər sahədə, yeni təhsil müəssisələrinin tikintisi və təmiri yönündəki fəaliyyətini davam etdirdi. Bu məqsədlə nazirlik xeyli sayda satınalmalar həyata keçirib.

Qlobal.az Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin "cari təmir" lotları üzrə sifarişçi olduğu bir neçə şübhəli satınalma üzərində araşdırma aparıb.

Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2020-ci ilin oktyabr ayının 26-da "Zaqatala rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınması" və "Balakən rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınması" lotları üzrə iki satınalma həyata keçirib.
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"

İdarə Balakən rayonunun bir sıra təhsil müəssisələrinin cari təmirinə 166.120 manat, Zaqatala rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinə isə 121.540 manat ayırıb.

Hər iki satınalma müqaviləsində Zaqatala və Balakən rayonlarının 1 məktəbinin təmir olunması nəzərdə tutulub, ancaq müqavilədə məktəblərdə görüləcək işlərin predmetləri barədə məlumat verilmir.

Əsaslı Tikinti və Təchizat İdarəsinin sözügedən tenderinin qalibi "TURAN.İ.O" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

"TURAN.İ.O" MMC 2018-ci ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 46, qanuni təmsilçisi isə Hüseyinov Nicat İldırım oğludur. On manat nizamnamə kapitalı olan "TURAN.İ.O" MMC-nin maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, təmit-tikinti işləri aparmaq üçün hansı lisenziyalara sahib olması barədə məlumat verilmir.
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"

Halbuki "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi şübhə doğuracaq satınalmalarının cari ildə də davam etdirib. Belə ki, İdarə 2021-ci ilin may ayının 5-də daha iki tenderə yekun vurub.

Qəribədir ki, bu iki tenderin qalibi də ötən ildə olduğu kimi yenə "TURAN.İ.O" MMC olub.
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"

"Zaqatala və Qax rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması" lotları üzrə keçirilən tenderin ümumi məbləği (159318+208244) 367.562 manat təşkil edib. Müqavilələrə əsasən Zaqatala rayonunun 3, Qax rayonunun isə 5 məktəbində təmir işləri aparılacaq.

Burada maraqlı olan məqam isə Əsaslı Tikinti və Təchizat İdarəsinin 4 dəfə qalib elan etdiyi "TURAN.İ.O" MMC-nin hazırda dövlətə 11.310 manat vergi borcunun olmasıdır.
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"

Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişçi olduğu satınalmalarda görüləcək işlərin dəfələrlə "şişirdildiyi" deyilir.
Bugün, 01:33
Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət
Dün, 18:10
Vilayət Eyvazov mayora vəzifə verdi
Dün, 18:04
Yardımlıda son vəziyyət: Sakinlər də köməyə cəlb olundu - VİDEO
Dün, 17:55
Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
Dün, 14:05
Prezident növbəti “ASAN xidmət”in açılışında (FOTOLAR)
Dün, 13:47
Millət vəkili saxlanıldı
Dün, 10:11
Şaftalını yeməkdən sonra yeməyin Faydaları
Dün, 09:46
Tuncelidə meşələrə giriş qadağan edildi
Dün, 09:31
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adlayıb
Dün, 09:30
Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü təbrik edib - FOTO
Dün, 09:17
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – VİDEO/FOTO
Dün, 09:00
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Dün, 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 01:25
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Dün, 01:22
Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır
2-08-2021, 16:00
Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
2-08-2021, 15:32
Azərbaycanda “Futbol klubu” ləğv olunur
2-08-2021, 15:02
Bu gün Azərbaycan Kinosu Günüdür
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
2-08-2021, 13:04
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
2-08-2021, 12:50
Zakir Həsənov Ermənistan təxribatları ilə bağlı ƏMR VERDİ
2-08-2021, 12:39
Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı
2-08-2021, 12:35
Erməni əsirlər Azərbaycan xalqından üzr istədi - YENİLƏNİB
2-08-2021, 12:28
Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi
2-08-2021, 12:19
Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR
2-08-2021, 11:43
Azərbaycanda toya görə daha 185 nəfər cərimələndi
2-08-2021, 11:36
Günün rəsmi valyuta məzənnələri