Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur... - ACINACAQLI MƏNZƏRƏ...
Gündəm / Araşdırma
Oxunub: 119
7 Haz 2021 | 11:29
Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur... - ACINACAQLI MƏNZƏRƏ...

...İşlənmiş uşaq bezləri, spirtli içki şüşələri, başı bədənindən qopmuş gəlinciklər, köhnə divan, qırılmış elektrik naqilləri dərənin ən uc nöqtəsində yerləşən Niyaməddin Məmmədovun evindən başlayaraq palçıqlı torpaq yola kimi uzanıb. Yoldan keçən sürücülər isə pəncərədən maşının altına boylanır, öz-özlərinə “Görəsən maşının altı dəydi” sualını verirlər. Bəzisi isə Binəqədi Bələdiyyəsindən gileylənir.

Niyaməddin Məmmədovun evi göl mənzərəsinə açılır. O, Binəqədi kəndində yerləşən gölün ətrafında yaşayanlardan biridir. Sakin deyir ki, buradakı anti-sanitariya vəziyyəti onu yaşamaqdan soyudur:

“Ağdamdan məcburi köçkünəm. Əvvəl başqa yerdə yaşayırdım. Oğlumu evləndirib, köçdüm Binəqədiyə. İndi bu zibilliyin içində yaşayıram. Camaat da öz zibilini bura atır. Bir dənə zibil qabı yoxdur. Elə özüm də evimdən düz aşağı atıram zibili. Nə əlacım var? Bir zibili atmaq üçün neçə kilometr yol getməliyəm?”

Binəqədi Qəsəbə Bələdiyyəsinin saytında verilən məlumata görə, hazırda orada yaşayan əhalinin sayı (qeydiyyatda olan) 38600, qeyri- rəsmi sayı isə (qeydiyyatsız yaşayanlarla birlikdə) 50000-ə yaxın təşkil edir.

Binəqədi Qəsəbə Bələdiyyəsinin şəffaflığı tənqid edilib

Binəqədi qəsəbəsində yaşayan, eyni zamanda ötən bələdiyyə seçkilərində namizəd olan ictimai fəal Rəbiyyə Məmmədova qəsəbənin problemlərini sosial mediada işıqlandırıb. O deyib ki, əhalinin sayı çox olan qəsəbənin elə problemləri də çoxdur. Qəsəbədəki sakinlərin əksəriyyəti qediyyatsız yaşayır, evlərin isə sənədləri yoxdur. Ərazinin böyük əksəriyyəti SOCAR-a aid olduğu üçün sənədsiz məskunlaşan qəsəbə sakinlərinin taleyi neft şirkətindən asılıdır.

““Bələdiyyə haqqında” qanunda hər şey öz əksini çox açıq şəkildə tapıb. “Bələdiyyə haqqında” qanunda deyilir ki, hər bir bələdiyyə yanvarın 1-də və aprelin 1-də sakinləri və seçiciləri ilə öz hesabatını paylaşmalıdır. Sakinlər bilməlidir ki, bələdiyyə büdcəni nəyə xərcləyir. Lakin Binəqədi Qəsəbə Bələdiyyəsi nəinki yanvarın 1-də, hətta aprelin ortalarına kimi yanvar ayının hesabatını paylaşmayıb. Təbii ki, aprel hesabatı da sakinlər üçün təqdim edilməyib. Mən də bir Binəqədi sakini və seçicisi olaraq getdim bələdiyyəyə və hesabatı mənə göstərmələrini tələb etdim. Binəqədi Qəsəbə Bələdiyyəsində məişət tullantıları üst-üstə yığılıb. Ümumiyyətlə, Binəqədi qəsəbəsində kanalizasiya sistemi belə yoxdur. Mən də bələdiyyədən bir hesabat tələb etdim. Bir kağız parçası çıxarıb göstərdilər. Orada çox gülməli rəqəmlər var. Onlar mənə sadəcə yanvar ayının hesabatını göstərdiər. Qanuna əsasən isə onlar bu hesabatı sakinlərin görə biləcəyi bir lövhədən asmalıdırlar”,- deyə Rəbiyyə Məmmədova bildirib.

Rəbiyyə Məmmədovaya təqdim edilən hesabata əsasən, idarənin saxlanma xərci 43 min 234 manat göstərilib. Ümumi bələdiyyə büdcəsində isə 45 min 334 manat olub. İctimai fəal hesab edir ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin özfəaliyyəti sadəcə binanı saxlamaqdan ibarətdir.

Eko-aktivist: “Binəqədidəki bütün kanalizasiyalar bu gölə axır”

Niyaməddin Məmmədovun evindən görünən göl Binəqədinin təbii sərvəti hesab edilir. Bu gölün ərazisi SOCAR-a aiddir. Gölün şərq hissəsində iki yatmış palçıq vulkanı – Böyükdağ və Kiçikdağ palçıq vulkanları yerləşir. Ərazinin digər dövlət əhəmiyyətli təbiət abidəsi gölün cənub-şərq hissəsində yerləşən “Binəqədi Faunası” - Binəqədi Dördüncü Dövr Fauna və Flora ərazisidir. Eko-aktivist Cavid Qara 2020-ci ilin yay aylarından bəri mütəmadi olaraq göl ərazisini təmizləmə kampaniyaları aparır. Lakin hələ də təmizləyib qurtara bilmədiyini deyir:

“Burada vəziyyət həddindən artıq çox pis idi. Gölün içi, çölü, qırağı çox pis çirklənmişdi. Təqribən 50 tondan artıq zibil yığdıq. Azı 15 dəfə bu gölü təmizləmişik. Binəqədidəki bütün kanalizasiyalar bu gölə axır. Bir tərəfdən də gölə tikinti materialları tökürlər. Göldə çoxlu balıqlar yaşayır. İndi baxırıq ki, sayları da azalıb. Çirkliliklə yanaşı tor atanlar balıqların axırına çıxıb. Neçə dəfə gəlib torları sökmüşük, baxırıq ki, yenə də atıblar. Balıqlar köhnə plastik torlara ilişib ölür”.

Meydan TV Binəqədi Qəsəbə Bələdiyyəsindən soruşmaq istədi ki, qəsəbənin ekoloji və sosial problemləri çox olduğu halda, qurum niyə öz binasının saxlanmasına bu qədər pul xərsləyir. Lakin bələdiyyədən sualı cavablandıran olmadı.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyununda Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzinə gətirilib. Problemin kəskinliyi, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun «Ümumdünya ətraf mühit günü» kimi qeyd olunmasına qərar verilib. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada, həmçinin Azərbaycanda qeyd edilməyə başlanıb.

Niyaməddin Məmmədovun isə 5 iyun barədə heç bir məlumatı yoxdur. O deyir ki, dünyada nəyin günü keçirilir heç fərqi yoxdur. Binəqədi əhalisi üçün bütün günlərdə tək bir qayğı var: İsti havada zibilliyin iyindən necə oturacağıq? //Mənbə: Meydan TV//
Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur... - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur... - ACINACAQLI MƏNZƏRƏ...
Bugün, 01:33
Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət
Dün, 18:10
Vilayət Eyvazov mayora vəzifə verdi
Dün, 18:04
Yardımlıda son vəziyyət: Sakinlər də köməyə cəlb olundu - VİDEO
Dün, 17:55
Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
Dün, 14:05
Prezident növbəti “ASAN xidmət”in açılışında (FOTOLAR)
Dün, 13:47
Millət vəkili saxlanıldı
Dün, 10:11
Şaftalını yeməkdən sonra yeməyin Faydaları
Dün, 09:46
Tuncelidə meşələrə giriş qadağan edildi
Dün, 09:31
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adlayıb
Dün, 09:30
Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü təbrik edib - FOTO
Dün, 09:17
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – VİDEO/FOTO
Dün, 09:00
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Dün, 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 01:25
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Dün, 01:22
Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır
2-08-2021, 16:00
Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
2-08-2021, 15:32
Azərbaycanda “Futbol klubu” ləğv olunur
2-08-2021, 15:02
Bu gün Azərbaycan Kinosu Günüdür
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
2-08-2021, 13:04
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
2-08-2021, 12:50
Zakir Həsənov Ermənistan təxribatları ilə bağlı ƏMR VERDİ
2-08-2021, 12:39
Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı
2-08-2021, 12:35
Erməni əsirlər Azərbaycan xalqından üzr istədi - YENİLƏNİB
2-08-2021, 12:28
Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi
2-08-2021, 12:19
Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR
2-08-2021, 11:43
Azərbaycanda toya görə daha 185 nəfər cərimələndi
2-08-2021, 11:36
Günün rəsmi valyuta məzənnələri