Bu da yoldaş ALXASOVUN KORRUPSİYASI... - İLGİNC FAKTLAR
Gündəm / Araşdırma
Oxunub: 117
7 Haz 2021 | 11:01
Bu da yoldaş ALXASOVUN KORRUPSİYASI... - İLGİNC FAKTLAR

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun haqqında yazılanlara inansaq o hələ 2019-cu ildən həbs olunmalı idi. Amma göründüyü kimi o hələ də işinin başındadır və barəsində yazılanlara baxmayaraq əməllərini davam etdirməkdir. Aktualinfo.org hələ bir müddət əvvəl Şair Alxasovun Qusar rayon İcra Hakimiyyətinə birbaşa tikinti biznesindən gəldiyi barədə məlumat vermişdi. Rayonda aparılan bir sıra tikinti, quraşdırma işləri barədə bu günlərdə redaksiyaya verilən məlumatlarda Şair Alxasovun sözügedən işlərə ayrılan milyonlarla dövlət vəsaitini müxtəlif yollarla mənimsəmək hesabına var dövlət sahibi olduğu, mal,mülk əldə etdiyi bildirilir.

Qeyd edək ki, Şair Alxasov artıq on dördüncü ildir ki,Qusar rayonuna başçılıq edir.Bu müddət ərzində rayonu bir tikinti biznesmeni kimi idarə etmiş Şair Alxasovun yol verdiyi qanunsuzluqların nə qədəri gizlədilib,nə qədəri açıqdı heç kimə bəlli deyil. Aktualinfo.org mediada yer alan bəzi məlumatlar əsasında Qusar rayon İcra Hakimiyyəti tərəfindən elə son bir neçə ayda keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında yol verilmiş bəzi nöqsanları araşdırıb.Bunlar dövlət satınalmalarına ictimai nəzarət artdıqdan sonra tenderlərdə yol verilmiş qanunsuzluqların bir qismidir.İndi təsəvvür edin bir neçə il əvvəl Şair Alxasovun rəhbərlik etdiyi İcra Hakimiyyəti nə qədər belə qanunsuzluqlara yol verib.

Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının kotirovka sorğusu elanına əsasən əsaslı təmir işlərinin satın alınması üzrə 18313.97 manat, inventarların satın alınması üzrə 18 470 manat, minik avtomobillərinə ehtiyyat hissələrinin satın alınması üzrə 5 996 manat məbləğində satınalma müqavilələri 01.06.2021-ci il tarixdə fiziki şəxs Bağırov Elvin Abdulla oğlu ilə bağlanmışdır.

Dəftərxana və təsərrüfat malların satın alınması üzrə 6011.8 manat məbləğində satınalma müqavilələri 07.04.2021-ci il tarixdə fiziki şəxs İbrahimov Namiq Tofiq oğlu ilə bağlanmışdır.

Satınalmaların vahid elektron portalında Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının elan etdiyi kotirovka sorğularının baş tutmadığı göstərilir. Lakin İcra Hakimiyyəti fiziki şəxs Bağırov Elvin Abdulla oğlu ilə müqavilə bağladığı barədə elan vermişdir.

Yuxarıda qeyd etdiklərimiz Qusar rayon İcra Hakimiyyətinin keçirdiyi kiçik həcmli kotirovka sorğularıdır. Amma gəlin Qusar rayonunda yol infrastrukturun yaxşılaşdırılması, əsas avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması məqsədi ilə dövlət büdcəsindən rayon İcra Hakimiyyətinə hər il ayrılan vəsaitlərə diqqət yetirək.

Şəhər yollarının əsaslı təmiri işləri üzrə 434 479.95 manat məbləğində satınalma müqaviləsi 15.04.2019-cu il tarixdə “TİKİNTİ TƏMİR RR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TİKİNTİ TƏMİR RR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 14.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şabran rayonu Bor-Bor kəndi, qanuni təmsilçisinin isə Əmrahov Hüseyin Nurəddin oğlu olduğu göstərilir. Qeyd edək ki,2019-cu ilin yanvarında dövlət qeydiyyatına alınmış MMC apreldə Qusar rayon İcra Hakimiyyəti başçısının sifarışi əsasında Qusar şəhər yollarının əsaslı təmir işlərini aparıb.Amma apardığımız araşdırmalar MMC ilə İcra Hakimiyyəti arasında müqavilələrin formal olaraq bağlandığını deməyə əsas verir.

Sonrakı ildə isə,Qusar rayon İcra Hakimiyyəti Aparatı şəhər yollarının əsaslı təmiri üzrə 539 097.75 manat dəyərində satınalma müqaviləsini 07.08.2020-ci il tarixdə “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 saylı Ərazi Vergilər İdarəsində 11.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonu,Beyləqan şəhəri, Əzizbəyov ev 28,qanuni təmsilçisinin isə Rəhimov Firdovsi Yaqub oğlu olduğu göstərilir. Amma ötən il apardığımız araşdırmalarda MMC-nin qanuni təmsilçisi Abdulov Zəfər Yusif oğlu olduğu göstərilmişdi. Sözügedən MMC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin işdə yol verdiyi ciddi nöqsanlara görə ötən il iyunun 25 də tutduğu vəzifədən azad edilmiş Zəfər Abdulova məxsus oldiğu bildirilir.

Hər şey bunlarla təbii ki, bitmir. Qeyd edək ki,İcra Hakimiyyətinin inventarların satın alınması,maşın və avadanlıqların satın alınması,minik avtomobillərin ehtiyyat hissələrinin satın alınması,əsaslı təmiri işlərinin aparılması kimi satınalmalar üzrə “LUAR” , “AYSU-2012” və “Raul-2018” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə bağlanan müqavilələr də elə formal xarakteri daşıyıb.

Aktualinfo.org
Bugün, 01:33
Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət
Dün, 18:10
Vilayət Eyvazov mayora vəzifə verdi
Dün, 18:04
Yardımlıda son vəziyyət: Sakinlər də köməyə cəlb olundu - VİDEO
Dün, 17:55
Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
Dün, 14:05
Prezident növbəti “ASAN xidmət”in açılışında (FOTOLAR)
Dün, 13:47
Millət vəkili saxlanıldı
Dün, 10:11
Şaftalını yeməkdən sonra yeməyin Faydaları
Dün, 09:46
Tuncelidə meşələrə giriş qadağan edildi
Dün, 09:31
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adlayıb
Dün, 09:30
Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü təbrik edib - FOTO
Dün, 09:17
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – VİDEO/FOTO
Dün, 09:00
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Dün, 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 01:25
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Dün, 01:22
Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır
2-08-2021, 16:00
Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
2-08-2021, 15:32
Azərbaycanda “Futbol klubu” ləğv olunur
2-08-2021, 15:02
Bu gün Azərbaycan Kinosu Günüdür
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
2-08-2021, 13:04
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
2-08-2021, 12:50
Zakir Həsənov Ermənistan təxribatları ilə bağlı ƏMR VERDİ
2-08-2021, 12:39
Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı
2-08-2021, 12:35
Erməni əsirlər Azərbaycan xalqından üzr istədi - YENİLƏNİB
2-08-2021, 12:28
Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi
2-08-2021, 12:19
Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR
2-08-2021, 11:43
Azərbaycanda toya görə daha 185 nəfər cərimələndi
2-08-2021, 11:36
Günün rəsmi valyuta məzənnələri