Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO
Gündəm
Oxunub: 136
30 May 2021 | 00:54
Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO

Yəqin ki, tam əksəriyyət o haqda məlumata malikdir ki, 28 dekabr 2020-ci il tarixdə «Balaxanıneft»-Qaz Çıxarma idarəsinin əməkdaşları 2-ci mədən sahəsindəki 41 saylı neft quyusunun həndəvərində olmazın hoqqalara qol qoyub, bənzəri olmayan qanunsuzluğa imza atmışdılar. Yəni, adı çəkiln bu qurumun əməkdaşları 41 saylı neft quyusuna yaxın ərazidə yaşayan və əslən Cəlilabad rayonundan olan Kərimov Ramil Ağakərim oğlunun, təqribən 15-16 il ərzində ərsəyə gətirdiyi yaşıl ağacları ağır texnikanın köməkliyi ilə kökündən çıxarıb böyük bir ərazidə yaşıllıqları məhv edirlər. Həmin vaxt «Dəryaz» qəzetinin çəkiliş qrupu həmin ərazidə olmuş və qeyd olunan görüntüləri lentə almışdılar


Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO
Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO
Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO




Yəni, müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, yaşıllıqların məhv edilməsində «Balaxanıneft»-Qaz Çıxarma idarəsində vəzifə sahibi olan bəzi şəxslərin xüsusi marağı olur. Belə bir səbəbdən də, həmin şəxslər bu yöndə addımlarını atmazdan öncə, həm Balaxanı bələdiyyəsi sədrinin imkanlarından, həm də 41 saylı neft quyusuna yaxın ərazidə yaşayan bəzi sakinlərin rollarından məharətlə istifadə etməyi bacarırlar. Bunun üçün həmin şəxslər ilk əvvəl qonşular adından «Balaxanıneft»-Qaz Çıxarma idarəsinin direktorunun adına ərizə yazırlar və ərizədə qeyd edirlər ki, “Balaxanıneft»-Qaz Çıxarma idarəsinin 2-ci mədən sahəsinin 41 saylı neft quyusuna yaxın ərazidə yaşayan Ramil Kərimov adlı şəxs ərazidəki ağacları kəsib doğramış və həmin yerdə qanunsuz tikinti işləri aparmaq qərarına gəlmişdir. Ona görə də, bu şəxsin qanunsuz əməllərinin qarşısının alınması, əmələ gələn törtöküntülərin aradan qaldırılması, eyni zamanda ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılmasını xahiş edirik”. Qeyd edək ki, «Balaxanıneft»-Qaz Çıxarma idarəsi əməkdaşlarının yazmış olduqları ərizə haqda bəzi qonşuların xəbəri olmur, bəzi qonşular isə müxtəlif adlar adı altında aldadıldıqlarından, məhz həmin ərizəyə imza çəkirlər.



Yazılmış ərizənin hüquqi əsaslandırılması üçün, hətta idarənin əməkdaşları 03 fevral 2021-ci il tarixdə bir akt da tərtib edirlər. Tərtib olunmuş saxta aktda “Balaxanıneft»-Qazçıxarma idarəsi 2-ci mədən sahəsinin 41 saylı neft quyusunun təhlükəsizlik zolağında guya Ramil Kərimov adlı şəxs ərazidəki yaşıl ağacları kəsib doğramış və həmin yerdə qanunsuz tikinti işləri aparmaq qərarına gəlmişdir. Kəsilmiş ağacların foto-şəkilləri çəkilmiş və onlar tərtib olunmuş akta əlavə olunmuş, həmçinin qeydiyyatı da aparılmışdır” deyə qeyd olunur. 03 fevral 2021-ci il tarixdə tərtib olunmuş aktı 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Aybəniz Əkbər qızı Əhmədova, 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Vüqar Mirbala oğlu Qasımov, «Balaxanıneft»-Qaz Çıxarma idarəsinin hüquqşünası Rəşad Rəfayıl oğlu Çovdarov və Balaxanı Neft-Qaz Çıxarma idarəsinin Təsərrüfat xidmətinin rəhbəri Əbdülhəsənov Vahid Ələkbər oğlu imzalayırlar.

Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO

Elə ki, baş verən olaylarla bağlı həyata keçirilmiş video-görüntülərə diqqət yetirirsən, o halda bəlli olur ki, neft quyusundan təqribən 50 metr aralı məsafədə salınmış yaşıl ağacları, məhz ağır texnikadan istifadə etməklə «Balaxanıneft»-Qaz Çıxarma idarəsinin əməkdaşları kökündən çıxarmışlar. Yəni, yaşıl ağacların kökündən çıxarılması, az sonra elektrik mişarları ilə doğranaraq ərazidən daşınması və s. adı çəkilən bu qurumun əməkdaşları tərəfindən həyata keçirilir. Bütün bunlar da onu sübut edir ki, həm yazılmış ərizə, həm də tərtib olunmuş akt saxtadır.

Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO

Diqqəti cəlb edən hal odur ki, Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları yaşıllıqları məhv edərkən Ramil Kərimov yaşanan olaydan xəbər tutur və o, heç də ləngimədən qeyd olunan əraziyə gəlib ərsəyə gətirdiyi yaşıl ağacların ağır texnikanın vasitəsilə kökündən çıxarılması ilə bağlı video-çəkiliş də həyata keçirir. Daha sonra o, belə bir faktla bağlı yazmış olduğu ərizəsini, həmçinin həyata keçirmiş olduğu video-çəkilişi diskə köçürüb Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinə ünvanlayır. Ramil Kərimovun göndərdiyi şikayət ərizəsinə 04 fevral 2021-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis vəzifəsini müvəqqəti icra edən Rəvan Tağıyevin imzası ilə təsdiq olunmuş № 26/kol-072 saylı məktubla cavab verilir. Cavab məktubunda qeyd olunur: “Məsələ ilə əlaqədar Balaxanı Neft-Qaz Çıxarma idarəsinin Təsərrüfat xidmətinin rəhbəri Əbdülhəsənov Vahid Ələkbər oğlu yazdığı izahatında bildirir ki, “Abadlıq işləri aparmaq məqsədilə əraziyə gəldik, o halda gördük ki, bir neçə ağac kök hissəsindən çıxarılmış, bəzi çıxarılmış ağaclarla əraziyə hasar çəkilmiş, həmin hasarlar sökülmüş və kökündən çıxarılmış ağaclar elektrik ağackəsən mişarı ilə kəsilmiş və maşınlara yığılaraq ərazidən daşınmışdır”. «Balaxanıneft»-Qaz Çıxarma idarəsi əməkdaşının belə məzmunda izahat yazmasına baxmayaraq, ərazinin əvvəlki görünüşü ilə sonrakı görünüşünü müqayisə olunduqda o halda bəlli olur ki, ağaclar kök hissəsindən çıxarılaraq məhv olunmuşdur. Təqdim olunan video-görüntülərdən də aydın olur ki, Balaxanı əməliyyat şirkətinin əməkdaşları ETSN-nin rəyi olmadan və nəzərə almadan, həmin ağacları ağır texnikanın vasitəsilə kökündən çıxarıb məhv etmişlər. Faktla bağlı Balaxanı əməliyyat şirkəti barəsində protokol tərtib edilərək hüquqi şəxs qismində qərar çıxarılması üçün, toplanmış materiallar aidiyyatı üzrə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir”.
Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO


Daha maraqlı hal ondan ibarətdir ki, ölkəmizin bir media qurumu olaraq belə bir olayla bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinə ünvanlanan məktuba, 06 may 2021-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi cənab Vaqif Cavadovun imzası ilə təsdiq olunmuş 26/T-285 saylı məktubla cavab verilib. Məktubda qeyd olunub: “03 fevral 2021-ci il tarixdə idarənin əməkdaşları tərəfindən araşdırma aparılmış və Balaxanı əməliyyat şirkətinin əməkdaşları yaşıllıq ərazisində abadlaşdırma işləri apararkən, Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəyi olmadan və ya nəzərə alınmadan, ağır texnika vasitəsilə ərazidə olan ağaclar kök hissəsindən çıxarılaraq məhv olduğu müəyyən edilmişdir. Faktla bağlı Balaxanı əməliyyat şirkəti barəsində protokol tərtib edilərək hüquqi şəxs qismində qərar çıxarılması üçün toplanmış materiallar aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və 35000 manat məbləğində cərimə qərarı çıxarılmışdır”.


Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO

Yəni, Məhkəmə tərəfindən belə bir cərimə qərarının çıxarılması onu sübut edir ki, Balaxanı Neft-Qaz Çıxarma idarəsi əməkdaşlarının yazmış olduqları ərizə və tərtib etdikləri akt saxtadır, Ramil Kərimov barəsində səslənəndirdikləri isə, şər və böhtandır. Düşündürücü haldır ki, Balaxanı Neft-Qaz Çıxarma idarəsinin təsərrüfat xidmətinə rəhbərlik edən Vahid Əbdülhəsənov, məhz hansısa maraqları çərçivəsində 2-ci mədən sahəsinin 41 saylı neft quyusuna yaxın ərazidə abadlıq işləri aparmaq qərarına gəlir və əldə etdiyimiz bəzi məlumatlara görə o, hətta belə bir addımın atılmasının təşəbbüskarı da olur. O halda ortaya belə bir sual çıxır ki, görəsən Vahid Əbdülhəsənovu Balaxanı Neft-Qaz Çıxarma idarəsinin digər ərazilərində, o cümlədən bu idarənin əhatə etdiyi ərazinin mərkəzi magistral yollarının bu şəkildə gördüyünüz sağ və sol hissələrində, hansı ki, antisanitariyanın hökm sürdüyü, zir-zibilin aşıb-daşdığı yerlərdə abadlıq və yaşıllaşdırma işləri aparmaq düşündürmür,

Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO
Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO

yalnız və yalnız 41 saylı neft quyusuna bitişik ərazidə yaşayan Aybəniz Əkbər qızı Əhmədovanın evini qarşısı düşündürür?


Rövnəq Abdullayevin kadrı "Balaxanı əməliyyat şirkətini" 35 min manat cərimələtdirdi - Şok olay, FOTO-VİDEO

Deməli, belə bir düşüncənin özəl və gözəl səbəbləri var. Digər tərəfdən, görəsən Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Balaxanı Neft-Qaz Çıxarma idarəsi barəsində çıxarılmış 35000 manat məbləğində cəriməni kim ödəyəcək? Axı, nəyə və hansı səbəbə görə Vahid Əbdülhəsənov Balaxanı Neft-Qaz Çıxarma idarəsini belə bir mələğdə cərimə etdirməlidir? Deməli, bu cür hoqqaların əmələ gəlməsində “SOCAR” neft şirkətinin baş icraçı direktoru Rövnəq Abdullayevin üzərinə böyük məsuliyyət yükü düşür. Çünki, o, bu gün də rəhbəri olduğu qurumda elə bir idarəçiliyini həyata keçirir ki, yerlərdə Vahid Əbdülhəsənov və onun kimi əməl və amal sahibi olan vəzifə sahibləri hər cür əməllərə qol qoyurlar.


Bütün bunlar onu sübut edir ki, Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları həm “SOCAR” neft şirkətinin rəhbərliyini aldada bilirlər, həm də hansısa maraqlarının təmin olunması yöndə uğursuzluğa düçar olub, məhz dövlət büdcəsinə külli miqdarda ziyan da vururlar. Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, nə qədər ki, Balaxanı Əməliyyat Şirkətində Vahid Əbdülhəsənov kimi kadrlar vəzifə sahibi olacaqlar, deməli o halda bu qurumun üz-üzə qaldığı “burulğanlar” çox “başları ağrıdacaq”.

Bu yöndə araşdırmamız davam edəcək.
Bugün, 01:33
Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət
Dün, 18:10
Vilayət Eyvazov mayora vəzifə verdi
Dün, 18:04
Yardımlıda son vəziyyət: Sakinlər də köməyə cəlb olundu - VİDEO
Dün, 17:55
Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
Dün, 14:05
Prezident növbəti “ASAN xidmət”in açılışında (FOTOLAR)
Dün, 13:47
Millət vəkili saxlanıldı
Dün, 10:11
Şaftalını yeməkdən sonra yeməyin Faydaları
Dün, 09:46
Tuncelidə meşələrə giriş qadağan edildi
Dün, 09:31
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adlayıb
Dün, 09:30
Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü təbrik edib - FOTO
Dün, 09:17
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – VİDEO/FOTO
Dün, 09:00
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Dün, 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 01:25
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Dün, 01:22
Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır
2-08-2021, 16:00
Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
2-08-2021, 15:32
Azərbaycanda “Futbol klubu” ləğv olunur
2-08-2021, 15:02
Bu gün Azərbaycan Kinosu Günüdür
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
2-08-2021, 13:04
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
2-08-2021, 12:50
Zakir Həsənov Ermənistan təxribatları ilə bağlı ƏMR VERDİ
2-08-2021, 12:39
Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı
2-08-2021, 12:35
Erməni əsirlər Azərbaycan xalqından üzr istədi - YENİLƏNİB
2-08-2021, 12:28
Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi
2-08-2021, 12:19
Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR
2-08-2021, 11:43
Azərbaycanda toya görə daha 185 nəfər cərimələndi
2-08-2021, 11:36
Günün rəsmi valyuta məzənnələri