Cavid Qurbanov haqqında daha bir İDDİA... - Belə deyirlər...
Gündəm / Araşdırma
Oxunub: 119
28 May 2021 | 14:39
Cavid Qurbanov haqqında daha bir İDDİA... - Belə deyirlər...
“Topaz” bukmeyker oyunlarının aqibətinin necə olacağı suallar doğurur. Son illər durğunluq dövrünü yaşayan, bukmeyker kontorlarının sayı artmayan “Topaz”ın onsuz da işləri yaxşı getmirdi, bundan sonra idarəçiliyin kimlərin əlində olacağı maraqla gözlənilir.

Bir müddət Azərbaycan Dəmiryolları QSC sədri Cavid Qurbanov tərəfindən qeyri-rəsmi idarə olunan kofiçent biznesi indi tam sahibsiz qalmaqdadır.

C.Qurbanov “Topaz” dan əlini çəkdikdən sonra bu biznes iflas dövrünü yaşayır. Rəsmi olaraq “Caspiantech” tərəfindən mərc oyunları təşkil edilsə də, “Topaz” həmişə məmurların himayəsində olub. Lakin bu mərc oyunları özünü doğrulda bilməyib.

Bir yandan əcnəbi bukmeykerlər daha yüksək əmsal təklif ediblər, bir tərəfdən isə “Topaz” mərc qoyuluşlarının məbləğini artıraraq 3 manata qaldırıb. Bu da oyunçulara sərf etmirdi və ondan uzaqlaşmağa başladılar. Üstəlik, ölkə üzrə “Topaz” məntəqələrinin sayı azdır. İndi C.Qurbanovsuz qalan şirkətin taleyi isə sual altındadır.

Qeyd edək ki, “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxartması barədə məlumat yayılmışdı.

Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı.

Ölkə mətbuatının apardığı araşdırmada məlum oldu ki, adı xarici şirkət olan “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsusdur. bildirilir ki, hazırda “TOPAZ” mərc oyunlarına qeyri-rəsmi Cavid Qurbanovun müavini Vüsal Aslanov nəzarət edir.

Belə ki, QSC sədri öz müavininə bu işləri daha yaxşı bildiyi və vaxtı ilə “Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olması ilə əlaqədar futbol-mərc oyunlarından cavabdeh təyin edib.

Bildirək ki, V.Aslanov 2010-2014 illərdə futbol-mərc oyunlarına nəzarət edən “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub.

Məlumatda qeyd edilirdi ki, “TOPAZ” şirkətinin maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır.

Ancaq baş dəmiryolçu bu biznesdə uduzub, istədiyi nəticəni əldə edə bilməyib deyə “Topaz” qumarından uzaqlaşıb.

İddialara görə, “Azərlotereya”nın bukmeyker oyunlarını təşkil etməsi ilə tez bir zamanda “Topaz”ın tamamilə sıradan çıxacağı gözlənilir. Görünür ki, V.Aslanovla C.Qurbanovun qumar planları rəvan getməyib və bu işə girişməkdən peşman olaraq tez oyundan çıxıblar.

Tia.az
Bugün, 01:33
Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət
Dün, 18:10
Vilayət Eyvazov mayora vəzifə verdi
Dün, 18:04
Yardımlıda son vəziyyət: Sakinlər də köməyə cəlb olundu - VİDEO
Dün, 17:55
Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
Dün, 14:05
Prezident növbəti “ASAN xidmət”in açılışında (FOTOLAR)
Dün, 13:47
Millət vəkili saxlanıldı
Dün, 10:11
Şaftalını yeməkdən sonra yeməyin Faydaları
Dün, 09:46
Tuncelidə meşələrə giriş qadağan edildi
Dün, 09:31
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adlayıb
Dün, 09:30
Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü təbrik edib - FOTO
Dün, 09:17
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – VİDEO/FOTO
Dün, 09:00
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Dün, 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 01:25
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Dün, 01:22
Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır
2-08-2021, 16:00
Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
2-08-2021, 15:32
Azərbaycanda “Futbol klubu” ləğv olunur
2-08-2021, 15:02
Bu gün Azərbaycan Kinosu Günüdür
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
2-08-2021, 13:04
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
2-08-2021, 12:50
Zakir Həsənov Ermənistan təxribatları ilə bağlı ƏMR VERDİ
2-08-2021, 12:39
Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı
2-08-2021, 12:35
Erməni əsirlər Azərbaycan xalqından üzr istədi - YENİLƏNİB
2-08-2021, 12:28
Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi
2-08-2021, 12:19
Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR
2-08-2021, 11:43
Azərbaycanda toya görə daha 185 nəfər cərimələndi
2-08-2021, 11:36
Günün rəsmi valyuta məzənnələri