Qazaxın icra başçısı dövlətə məxsus binaları satır – Həbs növbəsi ona çatır?
Gündəm / Bölgə
Oxunub: 131
10 May 2021 | 16:30
Qazaxın icra başçısı dövlətə məxsus binaları satır – Həbs növbəsi ona çatır?
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi göstərdi ki, bəzi icra başçıları korrupsiyaya qarşı mübarizə tədbirlərini ciddiyə almır.

Qanun.info HİT.Az-a istinadla xəbər verir ki, Alimpaşa Məmmədova qədər 4 icra başçısı həbs edilib. Bundan başqa, DTX iki mərkəzi icra hakimiyyətində – Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində (DSX) xüsusi əməliyyat keçirib. Adıçəkilən qurumun vəzifəli şəxsləri tutuqlanıb. Məntiqlə icra başçıları və digər vəzifəli şəxslər bu həbslərdən nəticə çıxarmalı idi. Biz hələ Prezident İlham Əliyevin heç kimə güzəşt olunmayacağı barədə xəbərdarlıqlarını demirik. Bütün bunlara baxmayaraq, hələ də köhnə qaydalarla işləyən məmurlar var. Alimpaşa Məmmədovun həbsi də buna misal ola bilər. Lakin o, tək deyil. Alimpaşa Məmmədov kimi icra başçıları hələ də vəzifədədir. Məsələn, mediada xüsusilə Bərdə və Tərtərin icra başçıları haqqında tənqidi materiallar gözlərimizi qabar edib. Təsadüfi deyil ki, DTX hər dəfə hansısa icra hakimiyyətində xüsusi əməliyyat keçirəndə sosial şəbəkə istifadəçiləri “çekistlər”i Bərdə və Tərtərə də dəvət edirlər.

Alimpaşa Məmmədovun həbsindən sonra isə belə iddialar səsləndirilir ki, növbədə məhz bu rayonların icra başçılarıdır. Bu barədə mediada da məlumatlar yayılıb. Ancaq onu da qeyd edək ki, anti-korrupsiya aktlarından nəticə çıxarmayan icra başçılarından biri də Qazaxın rəhbəri Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.

Sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, Rəcəb Babaşov Qazaxın icra başçısı olduqdan sonra yerli qurumları mərkəzdən köçürməyə başlayıb. Onların inzibati binalarını isə müxtəlif iş adamlarına satır.

İddialara görə, Hərbi Komissarlığın binası “Abu-Life” Ticarət Mərkəzinin sahibinə satılıb. Komissarlıqla üzbəüzdə yerləşən Mütəfəkkirlər Parkının bir hissəsinin satılaraq yerində obyekt tikildiyi barədə də məlumatlar var.

Həmçinin bildirilir ki, icra başçısı Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun inzibati binasını da satıb. İddia olunur ki, binanı Qazaxın icra nümayəndəsi Akif Vəliyev alıb. Amma alqı-satqı müqaviləsi icra nümayəndəsinin qohumlarından biri ilə bağlanıb və əmlak həmin şəxsin adına rəsmiləşdirilib.

İnternet resurlarında araşdırma apararkən Rəcəb Babaşovun başqa qanunsuz əməlləri barədə də saysız-hesabsız materiallara rast gəlinir.
Bugün, 01:33
Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət
Dün, 18:10
Vilayət Eyvazov mayora vəzifə verdi
Dün, 18:04
Yardımlıda son vəziyyət: Sakinlər də köməyə cəlb olundu - VİDEO
Dün, 17:55
Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
Dün, 14:05
Prezident növbəti “ASAN xidmət”in açılışında (FOTOLAR)
Dün, 13:47
Millət vəkili saxlanıldı
Dün, 10:11
Şaftalını yeməkdən sonra yeməyin Faydaları
Dün, 09:46
Tuncelidə meşələrə giriş qadağan edildi
Dün, 09:31
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adlayıb
Dün, 09:30
Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü təbrik edib - FOTO
Dün, 09:17
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – VİDEO/FOTO
Dün, 09:00
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Dün, 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 01:25
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Dün, 01:22
Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır
2-08-2021, 16:00
Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
2-08-2021, 15:32
Azərbaycanda “Futbol klubu” ləğv olunur
2-08-2021, 15:02
Bu gün Azərbaycan Kinosu Günüdür
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
2-08-2021, 13:04
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
2-08-2021, 12:50
Zakir Həsənov Ermənistan təxribatları ilə bağlı ƏMR VERDİ
2-08-2021, 12:39
Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı
2-08-2021, 12:35
Erməni əsirlər Azərbaycan xalqından üzr istədi - YENİLƏNİB
2-08-2021, 12:28
Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi
2-08-2021, 12:19
Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR
2-08-2021, 11:43
Azərbaycanda toya görə daha 185 nəfər cərimələndi
2-08-2021, 11:36
Günün rəsmi valyuta məzənnələri