SAATLIDA NƏLƏR BAŞ VERİR? - Başçının müavini qaş düzəltdiyi yerdə...
Gündəm / Video
Oxunub: 162
28 Nis 2021 | 16:08
SAATLIDA NƏLƏR BAŞ VERİR? - Başçının müavini qaş düzəltdiyi yerdə...

Bu gün bir qrup Saatlı rayon sakini İcra Hakimiyyətinin qarşısına toplaşaraq aksiya keçirib.

Sakinlər bəzi kəndlərdə 3 aya yaxındır suyun olmaması, pay torpaqlarının mənimsənilməsi, əlillik təyinatlarının ləğv edilməsi və digər məsələlərlə bağlı şikayət ediblər. Şikayətçilər sözügedən problemlərə görə icra başçısı və onun müavininin heç kimi qəbul etmədiyini deyir.

"Qafqazinfo" olaraq məsələylə bağlı İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədliylə əlaqə saxladıq. O, sorğumuza cavab olaraq bildirib ki, icra başçısı etiraz edən bir qrup sakinlə bu gün görüşüb: "Biz aidiyyəti üzrə səlahiyyətimizə daxil olan məsələləri özümüz həll edəcəyik. Bizə aid olmayan məsələlərlə bağlı isə aidiyyatı üzrə müraciət edəcəyik. İcra hakimiyyətində hər həftənin 3-cü günü vətəndaşların rəsmi qəbulu keçirilir. Sadəcə pandemiyaya görə vətəndaşların qəbuluna məhdudiyyətlər qoyulub. Ona görə də əsasən qəbullar onlayn formada təşkil olunur.

Bu gün etiraz edən sakinlər sadəcə ajiotaj yaratmaq istəyirlər. Onlara bildirdik ki, gəlin qəbula keçin, başçı sizi qəbul edəcək. Ancaq onlar narahatlıq yaratmaq istəyirlər. Bununla yanaşı onların hər biri fərdi qaydada qəbul edildi və razı halda qəbuldan getdilər.

Bizə müxtəlif müraciətlər edirlər. Su məsələsiylə bağlı deyə bilərəm ki, rayona su daxil olduqda daşıyıcı kanallar vasitəsilə kəndlərə daşınır. Hazırda susuzluqla bağlı problem yoxdur. Pensiya, işsizliklə bağlı müraciətlərini çatdırdılar. Eləsi var ki, uzun illər əvvəl dövlətin ona verdiyi pay torpağını satıb. İndi isə deyir ki, mənim pay torpağım qaytarılsın. Torpaq xüsusi mülkiyyətdir, ona biz nə edə bilərik ki? Əgər alqı-satqıda problem yaranıbsa məhkəməyə müraciət etmək lazımdır".

DİA.AZ bildirir ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədlinin açıqlamasından da görünür ki, cənab Səmədli baş verən olayı konteksindən çıxarmağa, məsələni mahiyyətindən kənarlaşdırmağa çalışır. Görünür, "yuxariya" verdikləri hesabatlarında da eyni cür davranılblar.

Amma videodan da aydın olur ki, sakinlər təkcə suyun verilməsindən narazı deyillər və sakinlər heç də ajiotaj yaratmağı da qəsd etməyiblər.

Onlardan biri hətta keçmiş icra başçısını ittiham edərək köhnə problemlərin qalmağında məhz sabiq rəhbəri günahkar bilir. Deməli, Vəziyyət tamam fərlqidir. Və yeni rəhbər heyət də nələrisə dəyişmək fikrində deyil. Əgər olsaydı, belə bir izahat ortaya çıxmazdı...
Bugün, 01:33
Siyəzən səhiyyə sistemi yoxdur - Orada bazar qaydaları hökm sürür - Video-müraciət
Dün, 18:10
Vilayət Eyvazov mayora vəzifə verdi
Dün, 18:04
Yardımlıda son vəziyyət: Sakinlər də köməyə cəlb olundu - VİDEO
Dün, 17:55
Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
Dün, 14:05
Prezident növbəti “ASAN xidmət”in açılışında (FOTOLAR)
Dün, 13:47
Millət vəkili saxlanıldı
Dün, 10:11
Şaftalını yeməkdən sonra yeməyin Faydaları
Dün, 09:46
Tuncelidə meşələrə giriş qadağan edildi
Dün, 09:31
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adlayıb
Dün, 09:30
Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü təbrik edib - FOTO
Dün, 09:17
Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında – VİDEO/FOTO
Dün, 09:00
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır
Dün, 01:28
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? Video-müsahibə
Dün, 01:25
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Dün, 01:22
Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır
2-08-2021, 16:00
Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO
2-08-2021, 15:32
Azərbaycanda “Futbol klubu” ləğv olunur
2-08-2021, 15:02
Bu gün Azərbaycan Kinosu Günüdür
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
2-08-2021, 13:04
“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR
2-08-2021, 12:50
Zakir Həsənov Ermənistan təxribatları ilə bağlı ƏMR VERDİ
2-08-2021, 12:39
Balakəndə 100-ə yaxın qonaq toya buraxılmadı
2-08-2021, 12:35
Erməni əsirlər Azərbaycan xalqından üzr istədi - YENİLƏNİB
2-08-2021, 12:28
Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi
2-08-2021, 12:19
Azərbaycanda narkotik əməliyyatı: Atəş açıldı - FOTOLAR
2-08-2021, 11:43
Azərbaycanda toya görə daha 185 nəfər cərimələndi
2-08-2021, 11:36
Günün rəsmi valyuta məzənnələri