Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
Gündəm / Bölgə
Oxunub: 109
2 Ekm 2021 | 10:43
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub


1 oktyabr 2021-ci ildə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Çüniçi İsmayıllı rayonuna səfər edib. Yaponiyalı diplomat əvvəlcə rayon rəhbərliyi ilə görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov səfirə İsmayıllının tarixi, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı barədə ətraflı məlumat verib. O, qeyd edib ki, İsmayıllıda turizm sahəsinin inkişafı üçün bütün imkanlar mövcuddur. Rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verilib.

Səfir Vada Çüniçi göstərilən xoş münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, gəlişinin əsas məqsədi İsmayıllı rayonu ilə dostluq əlaqələrini daha da möhkəmləndirməkdir. Həmçinin səfir Yaponiyada xarici işçi qüvvəsini qəbul etmək üçün 2019-cu ildən etibarən yeni “Xüsusi bacarıq” sisteminin fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, bu müəyyən dərəcədə təcrübə və bacarıqlara sahib olan və ciddi işçi qüvvəsi çatışmazlığı şəraitində dərhal işə başlaya biləcək xarici vətəndaşları qəbul etmək üçün yaradılmış yeni bir sistemdir. Müəyyən yapon dili bacarığı olan İsmayıllı sakinlərinin də bu layihədə iştirak edə biləcəyini bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra sakura ağacları əkiləcək ərazilərə baxış keçirilib.

Xatırladaq ki, Sakura ağacı Yapon ruhunun nəcib xarakteri kimi göstərilir. Sakuralar Yaponiyanın təbii zənginliyi olaraq da təsnif edilir. Bu səbəblə ağacın istər toxumunu, istərsə də özünü ölkədən kənara çıxarılması ilə bağlı məhdudiyyətlər vardır, sadəcə olaraq 9 ölkəyə göndərilmişdir. Ümumbəşəri dostluğu gücləndirmək, başqa ölkələrlə əlaqələri daha da dərinləşdirmək məqsədi ilə sadəcə hədiyyə edilir. Sevindirici haldır ki, sakura ağacı hədiyyə edilmiş ölkələrin siyahısına Azərbaycan da o cümlədən, rayon olaraq İsmayıllı rayonu da daxil edilib.

Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
9-10-2021, 15:35
Xırdalan qəbiristanlığı acınacaqlı durumda və qiymət özbaşınalığı - Qəbiristanlıq biznesi - Cənab Prezidentin nəzərinə!
6-10-2021, 01:48
Əməkdar Müəllim
6-10-2021, 01:46
İsmayıllı rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olunub
5-10-2021, 13:46
İsmayıllıdan olan şəhid Ramil Musayevin medalı ailəsinə təqdim edilib
5-10-2021, 13:45
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
5-10-2021, 13:41
Ekologiya Nazirliyi paxlava yeyib dron uçurdub şou göstərir ya...VİDEO
5-10-2021, 13:34
İsmayıllı rayon təhsil şöbəsinin müəllim günü təbriki
4-10-2021, 01:35
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
4-10-2021, 01:28
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
4-10-2021, 01:23
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
4-10-2021, 01:17
İsmayıllıda şəhidlər daima anılır
4-10-2021, 01:15
İsmayıllıda Kəlbəcərdən olan şəhidin məzarı ziyarət edilib
3-10-2021, 12:00
Əhliman Əmiraslanov indi də səhiyyə naziri olmaq istəyir- Keçmiş rektorun topdağıtmaz mülkləri
2-10-2021, 20:16
SAHİL BABAYEVİN DİQQƏTİNƏ: MASALLIDA ƏMƏK MÜFƏTTİŞLƏRİNİN YARİTMAZ FƏALİYYƏTİ
2-10-2021, 20:10
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
2-10-2021, 10:59
Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir
2-10-2021, 10:50
İsmayıllı Rayon Təhsil Şöbəsi monitorinqləri davam etdirir
2-10-2021, 10:43
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
2-10-2021, 10:41
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
1-10-2021, 16:43
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
1-10-2021, 12:40
Keçmiş məhkum olduqca ciddi və doğru faktlar açıqladı
1-10-2021, 12:36
Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət və turizm mərkəzində milyonluq mənimsəmə!Video-müraciət
1-10-2021, 12:29
İsmayıllıda ictimai qınaq! Ay heyvan sındırma! Video
1-10-2021, 11:18
Aidiyyatı orqanlar niyə Masallıda olan "meşə mafiyasın" "dur" deyə bilmir?!
30-09-2021, 11:31
Cənub bölgəsində meşələrin soyqırımı davam edir
30-09-2021, 02:18
Tarixi qərar və şanlı Qələbə
29-09-2021, 23:20
“Lombard Məlahət” niyə lombard fəaliyyəti ilə məşğul olmasını inkar edir ?- “Lombard Məlahət” bağlı – FAKTLAR