İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Gündəm / Bölgə
Oxunub: 129
2 Ekm 2021 | 10:41
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub


01 oktyabr 2021-ci il tarixində İsmayıllı rayonunun Qalınçaq kəndindən olan şəhid Fuad Nəcəfovun ad günü qeyd olunub.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, şəhid ailələri, hərbiçi yoldaşları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verib, sonra çıxışında qeyd edib ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, Beynəlxalq təşkilatların, böyük güc dövlətlərinin özlərinin qəbul edib amma 30 ildə yerinə yetirə bilmədikləri qərarları Azərbaycan xalqı 44 günə yerinə yetirdi. Bu qələbənin qazanılmasında, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz var. Bu gün onları dərin hüznlə yad edir, onların ruhu qarşısında baş əyirik. Sağlamlığını itirən qazilərimizə şəfa diləyirik.

Çıxış edən şəhidin yaxınları Fuad Nəcəfovla bağlı xatirələrini, onun göstərdiyi qəhrəmanlıqlardan və vətənpərvərliyindən danışıblar. Tədbirdə Qalınçaq kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunan şeirlər səsləndirib. Sonra tədbir iştirakçıları Fuadın yaşadığı evində onun xatirəsinə yaradılmış guşəyə baxış keçirib. Sonda məzarı ziyarət edilib.

Məlumat üçün bildiririk ki, Fuad Nəcəfov 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Hərbi Dəniz Qüvvələrində keçib. 2010-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlıq kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 avqust 2010-cu il tarixli əmri ilə “miçman” hərbi rütbəsi verilib. Xidmət dövründə “Azərbaycan Ordusunun 95 illiyi” , “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib. Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrininin xüsusi təyinatlılarının tərkibində döyüşlərdə fəal iştirak edərək qələbənin qazanılmasında müstəsna xidmətləri olub. 2020-ci ilin oktyabr ayının 7-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Qalınçaq kənd məzarlığında dəfn edilib. Xatırladaq ki, Fuad Nəcəfov göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Qarabağ ordeni”, "Vətən uğrunda", və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
9-10-2021, 15:35
Xırdalan qəbiristanlığı acınacaqlı durumda və qiymət özbaşınalığı - Qəbiristanlıq biznesi - Cənab Prezidentin nəzərinə!
6-10-2021, 01:48
Əməkdar Müəllim
6-10-2021, 01:46
İsmayıllı rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olunub
5-10-2021, 13:46
İsmayıllıdan olan şəhid Ramil Musayevin medalı ailəsinə təqdim edilib
5-10-2021, 13:45
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
5-10-2021, 13:41
Ekologiya Nazirliyi paxlava yeyib dron uçurdub şou göstərir ya...VİDEO
5-10-2021, 13:34
İsmayıllı rayon təhsil şöbəsinin müəllim günü təbriki
4-10-2021, 01:35
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
4-10-2021, 01:28
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
4-10-2021, 01:23
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
4-10-2021, 01:17
İsmayıllıda şəhidlər daima anılır
4-10-2021, 01:15
İsmayıllıda Kəlbəcərdən olan şəhidin məzarı ziyarət edilib
3-10-2021, 12:00
Əhliman Əmiraslanov indi də səhiyyə naziri olmaq istəyir- Keçmiş rektorun topdağıtmaz mülkləri
2-10-2021, 20:16
SAHİL BABAYEVİN DİQQƏTİNƏ: MASALLIDA ƏMƏK MÜFƏTTİŞLƏRİNİN YARİTMAZ FƏALİYYƏTİ
2-10-2021, 20:10
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
2-10-2021, 10:59
Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir
2-10-2021, 10:50
İsmayıllı Rayon Təhsil Şöbəsi monitorinqləri davam etdirir
2-10-2021, 10:43
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
2-10-2021, 10:41
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
1-10-2021, 16:43
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
1-10-2021, 12:40
Keçmiş məhkum olduqca ciddi və doğru faktlar açıqladı
1-10-2021, 12:36
Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət və turizm mərkəzində milyonluq mənimsəmə!Video-müraciət
1-10-2021, 12:29
İsmayıllıda ictimai qınaq! Ay heyvan sındırma! Video
1-10-2021, 11:18
Aidiyyatı orqanlar niyə Masallıda olan "meşə mafiyasın" "dur" deyə bilmir?!
30-09-2021, 11:31
Cənub bölgəsində meşələrin soyqırımı davam edir
30-09-2021, 02:18
Tarixi qərar və şanlı Qələbə
29-09-2021, 23:20
“Lombard Məlahət” niyə lombard fəaliyyəti ilə məşğul olmasını inkar edir ?- “Lombard Məlahət” bağlı – FAKTLAR