Tarixi qərar və şanlı Qələbə
Gündəm / Siyasət
Oxunub: 150
30 Eyl 2021 | 02:18
Tarixi qərar və şanlı Qələbə



Azərbaycan xalqı tarixinin ən möhtəşəm və yaddaqalan günlərini yaşayır. Xalqımız bu anı uzun illərdir ki, gözləyirdi. İşğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edən ordumuz Azərbaycan tarixinin ən unudulmaz səhifəsini yazdı. Dövlət başçımız Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.

27 sentyabr tarixində başlanan Zəfər yolunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.

30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Dövlətimiz bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Cəbhədəki uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.

Azərbaycanın hərb tarixində Vətən müharibəsi və ya “Dəmir Yumruq Əməliyyatı” kimi adlandırılan 44 günlük müharibə özünəməxsus xüsusiyyətləri ilə müasir müharibənin nümunəsi kimi dünyanın aparıcı hərbi təhsil müəssisələrində öyrənilir.

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü ordu strategiyasının nəticəsində Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Ali Baş Komandan: “Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib,”- deyərək bundan sonra qalib ölkənin, müzəffər xalqın öz tarixi ata-baba torpaqlarını bərpa edəcəyini qeyd etdi.

Artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində Zəfərimizin yaratdığı reallıqlar fonunda diktə edən tərəf kimi Azərbaycan irəli sürdüyü təşəbbüsləri, gündəmə gətirdikləri əməkdaşlıq formatları ilə regionda sülhü, təhlükəsizliyi möhkəmləndirəcək, dayanıqlı inkişafa böyük töhfələr verəcək.

Tarixi Zəfərimiz və şanlı Qələbəmiz mübarək olsun! Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə tezliklə şəfa versin.
Qarabağ Azərbaycandır!

Tacəddin İbadov
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi.

İnformasiya şöbəsi.
9-10-2021, 15:35
Xırdalan qəbiristanlığı acınacaqlı durumda və qiymət özbaşınalığı - Qəbiristanlıq biznesi - Cənab Prezidentin nəzərinə!
6-10-2021, 01:48
Əməkdar Müəllim
6-10-2021, 01:46
İsmayıllı rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olunub
5-10-2021, 13:46
İsmayıllıdan olan şəhid Ramil Musayevin medalı ailəsinə təqdim edilib
5-10-2021, 13:45
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
5-10-2021, 13:41
Ekologiya Nazirliyi paxlava yeyib dron uçurdub şou göstərir ya...VİDEO
5-10-2021, 13:34
İsmayıllı rayon təhsil şöbəsinin müəllim günü təbriki
4-10-2021, 01:35
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
4-10-2021, 01:28
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
4-10-2021, 01:23
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
4-10-2021, 01:17
İsmayıllıda şəhidlər daima anılır
4-10-2021, 01:15
İsmayıllıda Kəlbəcərdən olan şəhidin məzarı ziyarət edilib
3-10-2021, 12:00
Əhliman Əmiraslanov indi də səhiyyə naziri olmaq istəyir- Keçmiş rektorun topdağıtmaz mülkləri
2-10-2021, 20:16
SAHİL BABAYEVİN DİQQƏTİNƏ: MASALLIDA ƏMƏK MÜFƏTTİŞLƏRİNİN YARİTMAZ FƏALİYYƏTİ
2-10-2021, 20:10
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
2-10-2021, 10:59
Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir
2-10-2021, 10:50
İsmayıllı Rayon Təhsil Şöbəsi monitorinqləri davam etdirir
2-10-2021, 10:43
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
2-10-2021, 10:41
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
1-10-2021, 16:43
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
1-10-2021, 12:40
Keçmiş məhkum olduqca ciddi və doğru faktlar açıqladı
1-10-2021, 12:36
Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət və turizm mərkəzində milyonluq mənimsəmə!Video-müraciət
1-10-2021, 12:29
İsmayıllıda ictimai qınaq! Ay heyvan sındırma! Video
1-10-2021, 11:18
Aidiyyatı orqanlar niyə Masallıda olan "meşə mafiyasın" "dur" deyə bilmir?!
30-09-2021, 11:31
Cənub bölgəsində meşələrin soyqırımı davam edir
30-09-2021, 02:18
Tarixi qərar və şanlı Qələbə
29-09-2021, 23:20
“Lombard Məlahət” niyə lombard fəaliyyəti ilə məşğul olmasını inkar edir ?- “Lombard Məlahət” bağlı – FAKTLAR