Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir
Sosial
Oxunub: 50
2 Ekm 2021 | 10:59
Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir



Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.
1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib.
Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı döyüşməsi, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakı və həmin ərazilərdə yerləşdirilməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması və s. kimi faktlar Ermənistanın münaqişədə tərəf kimi çıxış etdiyini sübut edir.
27 sentyabr 2020-ci il tarixindən başlamış İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar olaraq, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanatla çıxış edərək, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını elan ediblər. Ermənistan Respublikası 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu, 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixində isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytardı.
Ölkəmiz artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət sadəcə dialoqun başlanılmasından getmir, həmçinin, bu iki ölkə arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Artıq müharibə bitib və münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit, təhlükəsiz regiona çevirmək üçün yeni və əsaslə fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaratmaqdadır.
Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqəli istənilən bəyanat yersiz olmaqla yanaşı həmçinin təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Respublikamızda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazırdıq. Lakin buna baxmayaraq ermənilər hər zaman bunu rədd edirdilər. Ermənilər hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Qeyd edək ki, bu isə bizim gündəliyimizə daxil deyil. Hazırda Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Və qeyd edə bilərik ki, onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil.
Ölkəmiz heç zaman öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib. 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. Respublikamız yalnız tarixi faktlara istinad edir. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, azərbaycanlılar legitim şəkildə Zəngəzura qayıda bilər və bu, bizim hüququmuzdur.
Biz çalışırıq ki, ölkəmizdə yaşayan hər bir vətəndaş həmçinin xarici vətəndaşlar və bununla yanaşı bütün dünya ölkələri bizim keçmişimizi dəqiq bilsin və hansı gücə qadir olduğumuzu unutmasın.

Abdullayeva Xoşqədəm
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi:

İnformasiya şöbəsi.
9-10-2021, 15:35
Xırdalan qəbiristanlığı acınacaqlı durumda və qiymət özbaşınalığı - Qəbiristanlıq biznesi - Cənab Prezidentin nəzərinə!
6-10-2021, 01:48
Əməkdar Müəllim
6-10-2021, 01:46
İsmayıllı rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olunub
5-10-2021, 13:46
İsmayıllıdan olan şəhid Ramil Musayevin medalı ailəsinə təqdim edilib
5-10-2021, 13:45
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
5-10-2021, 13:41
Ekologiya Nazirliyi paxlava yeyib dron uçurdub şou göstərir ya...VİDEO
5-10-2021, 13:34
İsmayıllı rayon təhsil şöbəsinin müəllim günü təbriki
4-10-2021, 01:35
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
4-10-2021, 01:28
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
4-10-2021, 01:23
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
4-10-2021, 01:17
İsmayıllıda şəhidlər daima anılır
4-10-2021, 01:15
İsmayıllıda Kəlbəcərdən olan şəhidin məzarı ziyarət edilib
3-10-2021, 12:00
Əhliman Əmiraslanov indi də səhiyyə naziri olmaq istəyir- Keçmiş rektorun topdağıtmaz mülkləri
2-10-2021, 20:16
SAHİL BABAYEVİN DİQQƏTİNƏ: MASALLIDA ƏMƏK MÜFƏTTİŞLƏRİNİN YARİTMAZ FƏALİYYƏTİ
2-10-2021, 20:10
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
2-10-2021, 10:59
Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir
2-10-2021, 10:50
İsmayıllı Rayon Təhsil Şöbəsi monitorinqləri davam etdirir
2-10-2021, 10:43
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
2-10-2021, 10:41
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
1-10-2021, 16:43
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
1-10-2021, 12:40
Keçmiş məhkum olduqca ciddi və doğru faktlar açıqladı
1-10-2021, 12:36
Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət və turizm mərkəzində milyonluq mənimsəmə!Video-müraciət
1-10-2021, 12:29
İsmayıllıda ictimai qınaq! Ay heyvan sındırma! Video
1-10-2021, 11:18
Aidiyyatı orqanlar niyə Masallıda olan "meşə mafiyasın" "dur" deyə bilmir?!
30-09-2021, 11:31
Cənub bölgəsində meşələrin soyqırımı davam edir
30-09-2021, 02:18
Tarixi qərar və şanlı Qələbə
29-09-2021, 23:20
“Lombard Məlahət” niyə lombard fəaliyyəti ilə məşğul olmasını inkar edir ?- “Lombard Məlahət” bağlı – FAKTLAR