"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!
Gündəm / Araşdırma
Oxunub: 10
9 Haz 2021 | 08:30
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!

""Konstra" MTK-nın sahibi, hazırda Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasov mənzilimi mənimsəyib, həmin binada aldığım evi mənə verməkdən imtina edir".

Bunu arqument.az-a şirkətdən ev alıb aldadılan vətəndaş biri - zərərçəkən Bilal Hacıyev deyib.

Bakının Nəsimi rayonu Mövsüm Sənani 13/15 ünvanında (Azərbaycan Tibb Universitetinin yaxınlığı) yerləşən "Konstra" MTK 169 vətəndaşı aldatmaqda ittiham olunur.
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!

Bilal Hacıyev deyib ki, bir neçə ildir məsələ Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Bu barədə binadan ev alan Etibar Əliyev, Bəxtiyar Əmirov, Günay Rəhimova, Araz Bayramzadə, (etibarnamə ilə Cəlilov Bəxtiyar), Kənan Cuvarov, Bilal Hacıyev və digər vətəndaşlar da aldanıldılarını deyirlər.

Bilal Hacıyev deyir ki, "kotlavan"dan mənzil alıb ödəniş etsə də, şirkət mənzili ona satmaqdan imtina edib: "Əvvəl bizə deyirdilər ki, sizin ödədiyiniz pulu qaytarırıq, "kotlavan"dan ucuz satmışıq, indi baha qiymətə satmaq istəyirik. Onlar mənzilləri bizə satdıqları qiymətdən baha satmaq, ödədiyimiz məbləği qaytamaq istəyirdilər. Hələ o da bəlli deyil ki, həmin pulu bizə qaytaracaqdılar, ya yox... Məsələ ondadır ki, binanı bizim pulumuzla tikiblər, çünki biz pulu "kotlavan"dan ödəmişik. Amma indi ümumiyyətlə, mənə mənzil verməkdən imtina edirlər və bu işin başında da Bəhram Abbasov dayanıb".
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!

Bilal Hacıyev bidirib ki, şirkət ona şərt qoyur, razılaşmayacağı təqdirdə hədələyir: "İşi aparan müstəntiq Emin Cahangirov da şirkətin tərəfini saxlayır. Mənə deyirlər ki, 3 il öncə aldığın qiymətlə pulunu geri qaytarırır, sən də mənzillərdən imtina et, əks təqdirdə mənzilləri sənə verməyəcəyik. Açıq hədələyirlər məni. Deyirlər ki, pulunu geri qaytarırıq, razılaş. Mən də bu təkliflə razılaşmıram. Halbuki bir müddət öncə bizə demişdilər ki, sakinlərə 62 mənzil veriləcək, həmin siyahıda biz də vardıq: mən və Kənan Cuvarov. İndi məni də, onu da siyahıdan çıxarıblar. Bunu da Bəhram Abbasovla müstəntiq edib, çünki mən danışıqlarından hiss etdim ki, bunlar məni hədələyib susdurmaq istəyirlər".

B. Hacıyev problemlə bağlı Baş prokurur Kamran Əliyevlə görüşəcəyini deyib. O bildirib ki, 3 il öncə aldığı mənzillərin əlindən qanunsuz alınmasına susmayacaq.

Arqument.az mövzu ilə bağlı Bəhram Abbasovdan münasibət öyrənə bilməyib.
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!

2020-i il iyunun 3-də Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Orxan TİT” MMC-nin (hazırda "Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 13/15 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 kvadratmetr qeyri-yaşayış sahəsi, eyni zamanda, 13 qarajın podratçı "Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə olunmuş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!

Rəsmi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Sakinlər deyiblər ki, 2018-ci ildə bu şirkətdən mənzil alıblar, əllərində ödəniş qəbzləri və maliyyə arayışları da var, lakin bir müddət sonra MTK tərəfindən binada tikinti işləri dayandırılıb.

Onların sözlərinə görə, "Konstra" MTK-nın qanuni təmsilçisi Bəsrət Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovun oğludur.
Bugün, 14:50
Saatlı sakinləri nədən GİLEY EDİR?.. - "Pul ayrılsa da..."
Bugün, 13:45
İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
Bugün, 13:08
Kürdəmir Regional Mədəniyyət İdarəsində nələr baş verir? - “ölü canlar”, pul yığımı və...
Bugün, 11:30
“Bakı metropoliteni” qanunu kobud şəkildə pozdu: - Şübhəli şirkətlə yeni anlaşma
Bugün, 11:00
İki quda oliqarxın Londondakı şərikli biznesi - Büdcədən oğurlananların izi ilə...
Bugün, 10:30
Miqrasiya Xidmətinin idarə rəisinin oğluna aid avtomobil kolleksiyası... - FOTOLAR
Bugün, 10:00
Dəmiryolunun BOZ KARDİNALI... - İLGİNC FAKTLAR
Bugün, 09:57
İDDİA: Rektor nazirliyin komissiyasını qovub... - Əmirullayevə "əzələ nümayişi"
10-06-2021, 16:30
GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV
10-06-2021, 11:21
Cavid Qurbanova güvənən başçı QAZİNİ KABİNETİNDƏN QOVDU... - Prezidentə müraciət olundu
10-06-2021, 09:30
Rektorun 16 illik "fəaliyyəti"... - Super marketlər, avtosalonlar, villalar…
9-06-2021, 18:00
Nazirlə “Aqrar Tədarük və Təchizat” ASC-nin ŞÜBHƏLİ İŞBİRLİYİ... - FAKTLAR
9-06-2021, 17:30
Masallıda "yığışaq, müharibəyə gedin" ləqəbli məmur YAP-ı "yeyir" - İDDİA
9-06-2021, 17:19
Lerik təhsilində NƏ BAŞ VERİR? - İTTİHAM
9-06-2021, 15:45
8 saat iş vaxtında işləyən bağça müdiri, hansı saatda ikinci iş yerində işləyir?
9-06-2021, 15:37
Səfir Qüdsi Osmanovla bağlı şok video yayıldı: AZYAŞLILARI ZORLAMA, QƏTL, SİLAH ALVERÇİLƏRİ İLƏ ƏLAQƏ - VİDEO
9-06-2021, 14:13
Cahangir Əsgərovun xaricdəki 2 milyard dollarlıq sərvəti - İLGİNC SİYAHI AÇIQLANDI
9-06-2021, 13:21
Ağdamda Qarabağ Qazisi ÇƏTİN DURUMDA... - "Başçı da köməklik etmir..."
9-06-2021, 12:42
Biləsuvarda şəhid atası GİLEY EDİR - TƏFƏRRÜAT
9-06-2021, 11:00
Bir ünvanda yüzlərlə şirkət açıb tenderlərin qalibi olurlar - ŞOK SİYAHI
9-06-2021, 10:56
Cavid Qurbanov KƏLBƏCƏRİ İNHİSARA ALIB? - ŞOK İDDİA
9-06-2021, 10:00
KTN-nin İsmayıllıdakı kantorunda ÖZBAŞINALIQ... - İTTİHAM
9-06-2021, 09:30
Büdcəmizin yaxasındakı AZAL ADLI PROBLEM... - NƏ VAXTA QƏDƏR...
9-06-2021, 09:00
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"
9-06-2021, 08:30
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!
7-06-2021, 13:54
"Azərişıq" Nəhayət bunu da etdi: Biabırçılıq... - NARAZILIQ!
7-06-2021, 13:09
Məmurların mal-qoyun sürülərini Kəlbəcərə kim buraxır?-ŞOK DETALLAR