"Rafael Cəbrayılov Oqtay Əsədovla ev tikmək adı ilə məndən 200 min aldı" - Şərurlu İsfəndiyardan ŞOK AÇIQLAMALAR
Gündəm
Oxunub: 14
7 Haz 2021 | 13:00
"Rafael Cəbrayılov Oqtay Əsədovla ev tikmək adı ilə məndən 200 min aldı" - Şərurlu İsfəndiyardan ŞOK AÇIQLAMALAR

"Şərur-İnşaat" tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işində adının zərərçəkmiş şəxslərin siyahısında olmasına münasibət bildirib.

Bununla bağlı “Report”a açıqlama verən İsfəndiyar Axundov deyib:

“Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi. Mən də borc verdim, qaytarmadı və sonra da başladı aldatmağa. Həmin borc hələ illər əvvəl, pulların ölmədiyi və diri olduğu vaxtda ( devalvasiya - red) verildi, sadəcə 40 mini qaytardı, 160 min isə qaldı. O zaman hələ dollar qalxmamışdı".

Şərurlu İsfəndiyar R.Cəbrayılova inandığı üçün borc verdiyini bildirib:

"Vallah, nə bilim, inandım. Adam var borca milyon da verir. Verməsən də olmur axı... Baxırdın ki, qəşəng qalstuk, kostyum geyinib və savadlı adamdır. Özünü çox yaxşı, mədəni, tərbiyəli aparırdı. Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim. Nə biləsən ki, bu, belə olacaq".

Milli Məclisin sabiq sədri, hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatı olan Oqtay Əsədovun köməkçisi Rauf İrzayev "Report"a bildirib ki, O.Əsədovun R.Cəbrayılovla birgə ev tikməsi barədə iddilar yanlışdır: “Deyilənlər cəfəngiyatdır”.

Qeyd edək ki, sabiq deputat Rafael Cəbrayılov hazırda həbsdədir.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rəfael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla Rəfael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bugün, 14:50
Saatlı sakinləri nədən GİLEY EDİR?.. - "Pul ayrılsa da..."
Bugün, 13:45
İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
Bugün, 13:08
Kürdəmir Regional Mədəniyyət İdarəsində nələr baş verir? - “ölü canlar”, pul yığımı və...
Bugün, 11:30
“Bakı metropoliteni” qanunu kobud şəkildə pozdu: - Şübhəli şirkətlə yeni anlaşma
Bugün, 11:00
İki quda oliqarxın Londondakı şərikli biznesi - Büdcədən oğurlananların izi ilə...
Bugün, 10:30
Miqrasiya Xidmətinin idarə rəisinin oğluna aid avtomobil kolleksiyası... - FOTOLAR
Bugün, 10:00
Dəmiryolunun BOZ KARDİNALI... - İLGİNC FAKTLAR
Bugün, 09:57
İDDİA: Rektor nazirliyin komissiyasını qovub... - Əmirullayevə "əzələ nümayişi"
10-06-2021, 16:30
GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV
10-06-2021, 11:21
Cavid Qurbanova güvənən başçı QAZİNİ KABİNETİNDƏN QOVDU... - Prezidentə müraciət olundu
10-06-2021, 09:30
Rektorun 16 illik "fəaliyyəti"... - Super marketlər, avtosalonlar, villalar…
9-06-2021, 18:00
Nazirlə “Aqrar Tədarük və Təchizat” ASC-nin ŞÜBHƏLİ İŞBİRLİYİ... - FAKTLAR
9-06-2021, 17:30
Masallıda "yığışaq, müharibəyə gedin" ləqəbli məmur YAP-ı "yeyir" - İDDİA
9-06-2021, 17:19
Lerik təhsilində NƏ BAŞ VERİR? - İTTİHAM
9-06-2021, 15:45
8 saat iş vaxtında işləyən bağça müdiri, hansı saatda ikinci iş yerində işləyir?
9-06-2021, 15:37
Səfir Qüdsi Osmanovla bağlı şok video yayıldı: AZYAŞLILARI ZORLAMA, QƏTL, SİLAH ALVERÇİLƏRİ İLƏ ƏLAQƏ - VİDEO
9-06-2021, 14:13
Cahangir Əsgərovun xaricdəki 2 milyard dollarlıq sərvəti - İLGİNC SİYAHI AÇIQLANDI
9-06-2021, 13:21
Ağdamda Qarabağ Qazisi ÇƏTİN DURUMDA... - "Başçı da köməklik etmir..."
9-06-2021, 12:42
Biləsuvarda şəhid atası GİLEY EDİR - TƏFƏRRÜAT
9-06-2021, 11:00
Bir ünvanda yüzlərlə şirkət açıb tenderlərin qalibi olurlar - ŞOK SİYAHI
9-06-2021, 10:56
Cavid Qurbanov KƏLBƏCƏRİ İNHİSARA ALIB? - ŞOK İDDİA
9-06-2021, 10:00
KTN-nin İsmayıllıdakı kantorunda ÖZBAŞINALIQ... - İTTİHAM
9-06-2021, 09:30
Büdcəmizin yaxasındakı AZAL ADLI PROBLEM... - NƏ VAXTA QƏDƏR...
9-06-2021, 09:00
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"
9-06-2021, 08:30
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!
7-06-2021, 13:54
"Azərişıq" Nəhayət bunu da etdi: Biabırçılıq... - NARAZILIQ!
7-06-2021, 13:09
Məmurların mal-qoyun sürülərini Kəlbəcərə kim buraxır?-ŞOK DETALLAR