Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur... - ACINACAQLI MƏNZƏRƏ...
Gündəm / Araşdırma
Oxunub: 14
7 Haz 2021 | 11:29
Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur... - ACINACAQLI MƏNZƏRƏ...

...İşlənmiş uşaq bezləri, spirtli içki şüşələri, başı bədənindən qopmuş gəlinciklər, köhnə divan, qırılmış elektrik naqilləri dərənin ən uc nöqtəsində yerləşən Niyaməddin Məmmədovun evindən başlayaraq palçıqlı torpaq yola kimi uzanıb. Yoldan keçən sürücülər isə pəncərədən maşının altına boylanır, öz-özlərinə “Görəsən maşının altı dəydi” sualını verirlər. Bəzisi isə Binəqədi Bələdiyyəsindən gileylənir.

Niyaməddin Məmmədovun evi göl mənzərəsinə açılır. O, Binəqədi kəndində yerləşən gölün ətrafında yaşayanlardan biridir. Sakin deyir ki, buradakı anti-sanitariya vəziyyəti onu yaşamaqdan soyudur:

“Ağdamdan məcburi köçkünəm. Əvvəl başqa yerdə yaşayırdım. Oğlumu evləndirib, köçdüm Binəqədiyə. İndi bu zibilliyin içində yaşayıram. Camaat da öz zibilini bura atır. Bir dənə zibil qabı yoxdur. Elə özüm də evimdən düz aşağı atıram zibili. Nə əlacım var? Bir zibili atmaq üçün neçə kilometr yol getməliyəm?”

Binəqədi Qəsəbə Bələdiyyəsinin saytında verilən məlumata görə, hazırda orada yaşayan əhalinin sayı (qeydiyyatda olan) 38600, qeyri- rəsmi sayı isə (qeydiyyatsız yaşayanlarla birlikdə) 50000-ə yaxın təşkil edir.

Binəqədi Qəsəbə Bələdiyyəsinin şəffaflığı tənqid edilib

Binəqədi qəsəbəsində yaşayan, eyni zamanda ötən bələdiyyə seçkilərində namizəd olan ictimai fəal Rəbiyyə Məmmədova qəsəbənin problemlərini sosial mediada işıqlandırıb. O deyib ki, əhalinin sayı çox olan qəsəbənin elə problemləri də çoxdur. Qəsəbədəki sakinlərin əksəriyyəti qediyyatsız yaşayır, evlərin isə sənədləri yoxdur. Ərazinin böyük əksəriyyəti SOCAR-a aid olduğu üçün sənədsiz məskunlaşan qəsəbə sakinlərinin taleyi neft şirkətindən asılıdır.

““Bələdiyyə haqqında” qanunda hər şey öz əksini çox açıq şəkildə tapıb. “Bələdiyyə haqqında” qanunda deyilir ki, hər bir bələdiyyə yanvarın 1-də və aprelin 1-də sakinləri və seçiciləri ilə öz hesabatını paylaşmalıdır. Sakinlər bilməlidir ki, bələdiyyə büdcəni nəyə xərcləyir. Lakin Binəqədi Qəsəbə Bələdiyyəsi nəinki yanvarın 1-də, hətta aprelin ortalarına kimi yanvar ayının hesabatını paylaşmayıb. Təbii ki, aprel hesabatı da sakinlər üçün təqdim edilməyib. Mən də bir Binəqədi sakini və seçicisi olaraq getdim bələdiyyəyə və hesabatı mənə göstərmələrini tələb etdim. Binəqədi Qəsəbə Bələdiyyəsində məişət tullantıları üst-üstə yığılıb. Ümumiyyətlə, Binəqədi qəsəbəsində kanalizasiya sistemi belə yoxdur. Mən də bələdiyyədən bir hesabat tələb etdim. Bir kağız parçası çıxarıb göstərdilər. Orada çox gülməli rəqəmlər var. Onlar mənə sadəcə yanvar ayının hesabatını göstərdiər. Qanuna əsasən isə onlar bu hesabatı sakinlərin görə biləcəyi bir lövhədən asmalıdırlar”,- deyə Rəbiyyə Məmmədova bildirib.

Rəbiyyə Məmmədovaya təqdim edilən hesabata əsasən, idarənin saxlanma xərci 43 min 234 manat göstərilib. Ümumi bələdiyyə büdcəsində isə 45 min 334 manat olub. İctimai fəal hesab edir ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin özfəaliyyəti sadəcə binanı saxlamaqdan ibarətdir.

Eko-aktivist: “Binəqədidəki bütün kanalizasiyalar bu gölə axır”

Niyaməddin Məmmədovun evindən görünən göl Binəqədinin təbii sərvəti hesab edilir. Bu gölün ərazisi SOCAR-a aiddir. Gölün şərq hissəsində iki yatmış palçıq vulkanı – Böyükdağ və Kiçikdağ palçıq vulkanları yerləşir. Ərazinin digər dövlət əhəmiyyətli təbiət abidəsi gölün cənub-şərq hissəsində yerləşən “Binəqədi Faunası” - Binəqədi Dördüncü Dövr Fauna və Flora ərazisidir. Eko-aktivist Cavid Qara 2020-ci ilin yay aylarından bəri mütəmadi olaraq göl ərazisini təmizləmə kampaniyaları aparır. Lakin hələ də təmizləyib qurtara bilmədiyini deyir:

“Burada vəziyyət həddindən artıq çox pis idi. Gölün içi, çölü, qırağı çox pis çirklənmişdi. Təqribən 50 tondan artıq zibil yığdıq. Azı 15 dəfə bu gölü təmizləmişik. Binəqədidəki bütün kanalizasiyalar bu gölə axır. Bir tərəfdən də gölə tikinti materialları tökürlər. Göldə çoxlu balıqlar yaşayır. İndi baxırıq ki, sayları da azalıb. Çirkliliklə yanaşı tor atanlar balıqların axırına çıxıb. Neçə dəfə gəlib torları sökmüşük, baxırıq ki, yenə də atıblar. Balıqlar köhnə plastik torlara ilişib ölür”.

Meydan TV Binəqədi Qəsəbə Bələdiyyəsindən soruşmaq istədi ki, qəsəbənin ekoloji və sosial problemləri çox olduğu halda, qurum niyə öz binasının saxlanmasına bu qədər pul xərsləyir. Lakin bələdiyyədən sualı cavablandıran olmadı.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyununda Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzinə gətirilib. Problemin kəskinliyi, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun «Ümumdünya ətraf mühit günü» kimi qeyd olunmasına qərar verilib. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada, həmçinin Azərbaycanda qeyd edilməyə başlanıb.

Niyaməddin Məmmədovun isə 5 iyun barədə heç bir məlumatı yoxdur. O deyir ki, dünyada nəyin günü keçirilir heç fərqi yoxdur. Binəqədi əhalisi üçün bütün günlərdə tək bir qayğı var: İsti havada zibilliyin iyindən necə oturacağıq? //Mənbə: Meydan TV//
Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur... - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur... - ACINACAQLI MƏNZƏRƏ...
Bugün, 14:50
Saatlı sakinləri nədən GİLEY EDİR?.. - "Pul ayrılsa da..."
Bugün, 13:45
İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
Bugün, 13:08
Kürdəmir Regional Mədəniyyət İdarəsində nələr baş verir? - “ölü canlar”, pul yığımı və...
Bugün, 11:30
“Bakı metropoliteni” qanunu kobud şəkildə pozdu: - Şübhəli şirkətlə yeni anlaşma
Bugün, 11:00
İki quda oliqarxın Londondakı şərikli biznesi - Büdcədən oğurlananların izi ilə...
Bugün, 10:30
Miqrasiya Xidmətinin idarə rəisinin oğluna aid avtomobil kolleksiyası... - FOTOLAR
Bugün, 10:00
Dəmiryolunun BOZ KARDİNALI... - İLGİNC FAKTLAR
Bugün, 09:57
İDDİA: Rektor nazirliyin komissiyasını qovub... - Əmirullayevə "əzələ nümayişi"
10-06-2021, 16:30
GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV
10-06-2021, 11:21
Cavid Qurbanova güvənən başçı QAZİNİ KABİNETİNDƏN QOVDU... - Prezidentə müraciət olundu
10-06-2021, 09:30
Rektorun 16 illik "fəaliyyəti"... - Super marketlər, avtosalonlar, villalar…
9-06-2021, 18:00
Nazirlə “Aqrar Tədarük və Təchizat” ASC-nin ŞÜBHƏLİ İŞBİRLİYİ... - FAKTLAR
9-06-2021, 17:30
Masallıda "yığışaq, müharibəyə gedin" ləqəbli məmur YAP-ı "yeyir" - İDDİA
9-06-2021, 17:19
Lerik təhsilində NƏ BAŞ VERİR? - İTTİHAM
9-06-2021, 15:45
8 saat iş vaxtında işləyən bağça müdiri, hansı saatda ikinci iş yerində işləyir?
9-06-2021, 15:37
Səfir Qüdsi Osmanovla bağlı şok video yayıldı: AZYAŞLILARI ZORLAMA, QƏTL, SİLAH ALVERÇİLƏRİ İLƏ ƏLAQƏ - VİDEO
9-06-2021, 14:13
Cahangir Əsgərovun xaricdəki 2 milyard dollarlıq sərvəti - İLGİNC SİYAHI AÇIQLANDI
9-06-2021, 13:21
Ağdamda Qarabağ Qazisi ÇƏTİN DURUMDA... - "Başçı da köməklik etmir..."
9-06-2021, 12:42
Biləsuvarda şəhid atası GİLEY EDİR - TƏFƏRRÜAT
9-06-2021, 11:00
Bir ünvanda yüzlərlə şirkət açıb tenderlərin qalibi olurlar - ŞOK SİYAHI
9-06-2021, 10:56
Cavid Qurbanov KƏLBƏCƏRİ İNHİSARA ALIB? - ŞOK İDDİA
9-06-2021, 10:00
KTN-nin İsmayıllıdakı kantorunda ÖZBAŞINALIQ... - İTTİHAM
9-06-2021, 09:30
Büdcəmizin yaxasındakı AZAL ADLI PROBLEM... - NƏ VAXTA QƏDƏR...
9-06-2021, 09:00
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"
9-06-2021, 08:30
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!
7-06-2021, 13:54
"Azərişıq" Nəhayət bunu da etdi: Biabırçılıq... - NARAZILIQ!
7-06-2021, 13:09
Məmurların mal-qoyun sürülərini Kəlbəcərə kim buraxır?-ŞOK DETALLAR