Nazirin bacanağı MÜFLİSLƏŞMƏ HƏDDDİNDƏ... - “AFB Bank” çökür...
Gündəm / Siyasət
Oxunub: 29
13 May 2021 | 11:21
Nazirin bacanağı MÜFLİSLƏŞMƏ HƏDDDİNDƏ... - “AFB Bank” çökür...

“AFB Bank” 2020-ci ildə iki dəfə yarım balacalaşıb, aktivləri 202 milyon manata düşüb. TİA.Az-ın məlumatına görə, müştərilər banka yerləşdirdikləri 402 milyon manatın 282 milyon manatını geri çəkiblər.
Bankın hesabatına görə “AFB Bank” 2021-ci ilə ciddi azalmalarla start verib. Yanvar-mart aylarının hesabatında bankın cəmi aktivlərində 54,3% azalma müşahidə olunub.
“AFB Bank”ın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 313 milyon 595 min manat və ya 54,3% azalaraq 263 milyon 863 min manata enib. Azalmanın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin həcmində 270 milyon 709 min manat və ya 3.2 dəfə azalmasıdır.
Belə ki, kredit bölgüsündə bankın istehlak kreditləri 16 milyon 69 min manat və ya 40,4%, biznes kreditləri 258 milyon 393 manat və ya 72% azalıb.
“AFB Bank”ın cəmi öhdəliklərində də 2020 ci ilin 1-ci rübü ilə müqayisədə ciddi şəkildə azalıb. Belə ki, bankın öhdəliklər cəmi 1 il ərzində 311 milyon 995 min manat və ya 63,1% azalaraq 182 milyon 273 min manata enib.
Azalmanın əsas səbəbi bankın depozit portfelinin 287 milyon 796 min manat və ya 75,4% azalaraq 93 milyon 571 min manata düşüb. Bu azalmada hüquqi şəxslərin ciddi payı olub. Belə ki, bankda yerləşdirilən depozitlərdə hüquqi şəxslər 1 il ərzində 278 milyon 850 min manatlıq əmanətini “AFB Bank”dan geri alıb.
Bununla da hüquqi şəxslərin əmanətləri 80,6% azalaraq 66 milyon 827 min manata enib. Fiziki şəxslərin əmanətləri isə 8 milyon 947 min manat və ya 25% azalaraq 26 milyon 743 min manatadək kiçilib.
Bölüşdürülməmiş mənfəəti 1 miylon 450 min manat azalan “AFB Bank”ın cəmi kapitalı 1 milyon 700 min manat əriyərək 81 milyon 490 min manata enib.
Bankın faiz gəlirləri 2 milyon manat, faiz xərcləri isə 30 min manat azaldığına görə “AFB Bank”ın xalis faiz gəliri 1 milyon 971 min manat azalaraq 4 milyon 793 min manata düşüb.
Qeyri-faiz gəlirlərindən 502 min manat itirən bank qeyri-faiz xərclərini də 810 min manat azaldaraq 3 milyon 646 min manata endirib. Nəticədə “AFB Bank”ın əməliyyat mənfəəti 1 milyon 663 min manat və ya 35,7% azalaraq 2 milyon 996 min manatadək kiçilib.
Mənfəətindən vergi ödəməyən bankın xalis mənfəəti 1 il ərzində 1 milyon 872 min manat artaraq 4 milyon 425 min manata yüksəlib. Bundan başqa bankın tutumlardan sonrakı məcmu kapitalı 1 milyon 648 min manat kiçilərək 80 milyon 234 min manata düşüb.
Qeyd edək ki, bu bankın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun olduğu, daha sonra səhmləri bacanağına ötürdüyü bildirilir. “Gilan” MMC bankdakı səhimlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb.
Səhimlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir. H.İsmayılov FHN rəhbərinin bacanağıdır.
Bugün, 14:50
Saatlı sakinləri nədən GİLEY EDİR?.. - "Pul ayrılsa da..."
Bugün, 13:45
İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
Bugün, 13:08
Kürdəmir Regional Mədəniyyət İdarəsində nələr baş verir? - “ölü canlar”, pul yığımı və...
Bugün, 11:30
“Bakı metropoliteni” qanunu kobud şəkildə pozdu: - Şübhəli şirkətlə yeni anlaşma
Bugün, 11:00
İki quda oliqarxın Londondakı şərikli biznesi - Büdcədən oğurlananların izi ilə...
Bugün, 10:30
Miqrasiya Xidmətinin idarə rəisinin oğluna aid avtomobil kolleksiyası... - FOTOLAR
Bugün, 10:00
Dəmiryolunun BOZ KARDİNALI... - İLGİNC FAKTLAR
Bugün, 09:57
İDDİA: Rektor nazirliyin komissiyasını qovub... - Əmirullayevə "əzələ nümayişi"
10-06-2021, 16:30
GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV
10-06-2021, 11:21
Cavid Qurbanova güvənən başçı QAZİNİ KABİNETİNDƏN QOVDU... - Prezidentə müraciət olundu
10-06-2021, 09:30
Rektorun 16 illik "fəaliyyəti"... - Super marketlər, avtosalonlar, villalar…
9-06-2021, 18:00
Nazirlə “Aqrar Tədarük və Təchizat” ASC-nin ŞÜBHƏLİ İŞBİRLİYİ... - FAKTLAR
9-06-2021, 17:30
Masallıda "yığışaq, müharibəyə gedin" ləqəbli məmur YAP-ı "yeyir" - İDDİA
9-06-2021, 17:19
Lerik təhsilində NƏ BAŞ VERİR? - İTTİHAM
9-06-2021, 15:45
8 saat iş vaxtında işləyən bağça müdiri, hansı saatda ikinci iş yerində işləyir?
9-06-2021, 15:37
Səfir Qüdsi Osmanovla bağlı şok video yayıldı: AZYAŞLILARI ZORLAMA, QƏTL, SİLAH ALVERÇİLƏRİ İLƏ ƏLAQƏ - VİDEO
9-06-2021, 14:13
Cahangir Əsgərovun xaricdəki 2 milyard dollarlıq sərvəti - İLGİNC SİYAHI AÇIQLANDI
9-06-2021, 13:21
Ağdamda Qarabağ Qazisi ÇƏTİN DURUMDA... - "Başçı da köməklik etmir..."
9-06-2021, 12:42
Biləsuvarda şəhid atası GİLEY EDİR - TƏFƏRRÜAT
9-06-2021, 11:00
Bir ünvanda yüzlərlə şirkət açıb tenderlərin qalibi olurlar - ŞOK SİYAHI
9-06-2021, 10:56
Cavid Qurbanov KƏLBƏCƏRİ İNHİSARA ALIB? - ŞOK İDDİA
9-06-2021, 10:00
KTN-nin İsmayıllıdakı kantorunda ÖZBAŞINALIQ... - İTTİHAM
9-06-2021, 09:30
Büdcəmizin yaxasındakı AZAL ADLI PROBLEM... - NƏ VAXTA QƏDƏR...
9-06-2021, 09:00
Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"
9-06-2021, 08:30
"Hesablama Palatasının şöbə müdiri mənzillərimi mənimsəyir" - NARAZILIQ!
7-06-2021, 13:54
"Azərişıq" Nəhayət bunu da etdi: Biabırçılıq... - NARAZILIQ!
7-06-2021, 13:09
Məmurların mal-qoyun sürülərini Kəlbəcərə kim buraxır?-ŞOK DETALLAR