Göyçayda heyrətamiz qanunsuzluq - yolu, qaz və su borularını dağıdan kimdir?
Gündəm / Sosial
Oxunub: 14
4 May 2021 | 13:38
Göyçayda heyrətamiz qanunsuzluq - yolu, qaz və su borularını dağıdan kimdir?



İşbazlar rayonda dövlətə və əhaliyə böyük ziyan vurur, cinayət xarakterli əməl törədirlər - - yerin altında qanunsuz "sərvət" axtarışı...

Tamahın sərhədi olmazmış. Hansısa işbazın, yarıtmaz, ziyankar məmurun əl atdığı qanunsuzluqların forması, ağlasığmaz talançılıq metodları haqda mətbuatda zaman-zaman yazılıb.

Amma Göyçay rayonunun Potu kəndində (de-fakto qəsəbə tipli, şəhərə bitişik yaşayış məntəqəsidir) bu günlərdə baş verən hadisə heyrət doğurur.

Kənd sakinlərinin Musavat.com-a verdiyi məlumata görə, bir neçə gündür kimsə kəndin İrəvanlılar məhəlləsi adlanan hissəsində əsas yolu qazıb dağıdır, yerin altında "sərvət" axtarır.

Kənd sakinləri deyir ki, qazıntının məqsədi 1970-ci illərdə çəkilmiş, uzun müddətdir istifadəsiz qalan yeraltı su borularını yerin altından çıxarıb satmaqdır: "30 ildən çoxdur həmin borular istifadəsiz idi, çünki yeni xətlər çəkilmişdi. Yol təsərrüfatına ziyan vurulmasın deyə, köhnə, deşilmiş boruları elə yerin altında saxlamışdılar. İndi kimsə yolu qazıb dağıdır, o boruları çıxarıb metal kimi daşıtdırıb, satır. Bunu kim edir, bilinmir.

Traktorçu, sürücü və fəhlələr deyir ki, biz heç nə bilmirik, deyiblər qazın çıxarın, qazırıq. İşin üstündə duran bir adam var, ad-soyadı, statusu bəlli deyil, künc-bucaqda gizlənir, müşahidə edir. Ona yaxınlaşan kimi maşını sürüb, qaçıb gedir. Kimsə onu yaxalayanda hədə qorxu gəlir. Kor-təbii və qanunsuz aparılan qazıntı işləri zamanı kəndin bir neçə il öncə çəkilmiş yeni qaz borusunu bir neçə yerdən qırıblar. Kənd qazsız qalıb. Borunu skoçla, lentlə sarıyıblar. Qaz borusu qazıntı işləri aparılan yerin 1 metrliyindən keçir. Zədələdikləri hissələrin üstünü yalandan sarıyıblar, içərisinə su dolur. Yeni su borularını da zədələyirlər, qırırlar, yararsız hala salırlar. Çünki yeni su xətti köhnə borunun üstündədir. Su qazılmış xəndəkdə toplanır, zədələnmiş qaz borusuna da dolur. Həmçinin, kəndin onsuz da bərbad durumda olan yollarına indi sanki bomba düşüb, darmadağın edilib, keçilməz olub. Qaz borusunu zədələyəndə Qaz İdarəsinin rəhbərliyi gəlib etirazını bildirdi, akt yazdı. Ancaq qazıntı işləri dayanmadı, biz sakinləri də vecinə alan yoxdur. Bu qanunsuzluğu, faktiki cinayət xarakterli əməli törədən, dövlətə, əhaliyə böyük ziyan vuran kimlərdir? Onların cəzalandırılmasını, yol, su, qaz təsərrüfatına vurduqları ziyanı tam aradan qaldırmalarını, bərpa etmələrini tələb edirik. Kənd sakinləri yığışıb prokurorluğa şikayət ünvanlayacağıq".

İlkin dəqiqləşdirmələrimiz zamanı bəlli olub ki, Göyçay rayonu ərazisində müxtəlif məhəllələrdə iki ilə yaxındır hansısa işbaz yerin altında istifadəsiz olan boruları bu cür qanunsuz şəkildə çıxarıb satır. Məlumata görə o borular nerj tərkiblidir, adi dəmir deyil, bahalı materialdır, 1960-70-ci illərdə istifadə olunub. İndi hansısa görməmiş məmur məhəllələrdə yol, su, qaz təsərrüfatlarını dağıtmaqla onları qazıb çıxarıb, pula çevirir. Qaz İdarəsinin rəhbərliyi gəlib işi dayandırmağı, qaz xəttini zədələməməyi tələb edir, amma ona da məhəl qoymurlar.
Belə təsəvvür yaranır ki, hansısa görməmiş artıq talamağa bir şey tapmadığı üçün yerin altında qalmış boruları qazıb çıxarıb satır, bu zaman isə dövlətə külli miqdarda ziyan vurur, infrastrukturu məhv edir, qaz, su borularını qırıb tökürlər, əhaliyə isə problemlər yaradırlar.

Musavat.com
Göyçayda heyrətamiz qanunsuzluq - yolu, qaz və su borularını dağıdan kimdir?
Göyçayda heyrətamiz qanunsuzluq - yolu, qaz və su borularını dağıdan kimdir?
Göyçayda heyrətamiz qanunsuzluq - yolu, qaz və su borularını dağıdan kimdir?
Göyçayda heyrətamiz qanunsuzluq - yolu, qaz və su borularını dağıdan kimdir?
Göyçayda heyrətamiz qanunsuzluq - yolu, qaz və su borularını dağıdan kimdir?
Bugün, 20:59
Masallının "srok" yatan bələdiyyə sədri... - Özü dedi ki...
Bugün, 20:33
Kəlbəcər rayonu 23 saylı məktəbin direktorunun ŞOK videosu yayıldı – Qardaşıda “Azərbaycan Dəmir Yolları” xidmət rəisidir ŞOK VİDEO
Dün, 12:36
"Elnur deputatdır... NİYƏ MƏNƏ KÖMƏK ETMİR?!" - Seçicisi Elnur Allahverdiyevə SƏSLƏNDİ
Dün, 12:18
Başçı həbs olundu, problemlər isə yerində qalır... - Şəmkirdə ETİRAZ
Dün, 11:40
Vətəndaş icra başçısına OD PÜSKÜRDÜ - NARAZILIQ!
Dün, 11:21
Nazirin bacanağı MÜFLİSLƏŞMƏ HƏDDDİNDƏ... - “AFB Bank” çökür...
12-05-2021, 13:25
Arzu Rəhimovun ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKT
12-05-2021, 13:06
Ədliyyə Nazirliyi və Ali Məhkəmə Ağayevlər ailəsini əsir götürüb... - QALMAQAL
12-05-2021, 12:25
Əhəd Abıyevdən Prezidentə ŞİKAYƏT OLUNDU... - İTTİHAM
12-05-2021, 12:05
Sədərəkdə Prezidentin Sərəncamına məhəl qoyan yoxdur – Oranın öz xanı, öz dərəbəyi var
12-05-2021, 11:28
Rövşən Rzayevin biznesini kim yönəldir... - İDDİA
12-05-2021, 11:04
Sabah Şuşada bayram namazı qılınacaq - VİDEO
12-05-2021, 10:38
Hakim Rüstəm Kərimli qanunları necə pozur? - NARAZILIQ!
12-05-2021, 10:01
Veysəloğlu MMC ilə bağlı ilginc iddialar - Kimə güvənirlər?
11-05-2021, 15:44
Azərbaycanlı oliqarxın oğlunun Londondakı QONŞULARI – Onların arasında baş nazirin müavini də var
11-05-2021, 11:48
İcra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - İTTİHAM
11-05-2021, 11:23
Bayramovla Lavrov arasında görüş başladı
11-05-2021, 11:10
Pulunu ala bilməyən işçilər piket keçirməyə hazırlaşırlar - Fərhad Əhmədovdan şikayət
11-05-2021, 10:48
Tovuzda narazılıq yaradan kimdir? - İDDİA
11-05-2021, 10:20
Parlamentdə yeni Rəfael Cəbrayılov olayı - Deputat dələduzu himayə edir?
11-05-2021, 09:35
Kəlbəcərə YENİ BAŞÇI ilə qayıdarıq... - Qocayevi Bakıda qoyub gedərik...
10-05-2021, 23:08
Tovuzun “yezid”i Darvin Hüseynov əhalini su ilə imtahana çəkir- ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...
10-05-2021, 19:00
AAYDA-nın sehirli "LAPATKA"sı: Yola ayrılan pullar CİBƏ NECƏ GEDİR?
10-05-2021, 16:30
Qazaxın icra başçısı dövlətə məxsus binaları satır – Həbs növbəsi ona çatır?
10-05-2021, 13:08
Göygöldə Üçtəpə sakinləri nələrdən narazıdır? - GİLEY
10-05-2021, 12:23
Masallı belə idarə olunur... - İTTİHAM
10-05-2021, 11:53
Prezident Naxçıvanda bir sıra açılışlarda iştirak edib