"Bu artıq dələduzluq əməlidir" - GİLEY
Gündəm / Sosial
Oxunub: 11
4 May 2021 | 10:23
"Bu artıq dələduzluq əməlidir" - GİLEY

"Sahil-İnşaat” MTK-dan mənzil alan bir qrup vətəndaş Prezident İlham Əliyev, Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib.

Hit.Az xəbər verir ki, vətəndaşların şikayəti şirkətin şübhəli fəaliyyəti ilə bağlıdır.

Şikayətçilər bildirir ki, onlar şirkətin Yeni Günəşli qəsəbəsində "A-B”massivində inşa etdiyi yaşayış binasından mənzil alıblar. "Bina 15 mərtəbəlidir. Bir neçə ildir ki, inşa edilir. Hələ də tikintisi başa çatdırılmayıb. Sonuncu mərtəbədə tikinti işləri dayandırılıb. Şirkətin rəhbərliyi binanın ötən ilin noyabr ayında hazır olacağını bildirirdi. Amma deyilən vaxtdan bir ay keçsə də, bina hazır deyil”, - deyə şikayətçilər qeyd edib.

Şikayətçilərin sözlərinə görə, onlardan əvvəl bu binada ev alanlara tikinti işlərinin 2019-cu ilin avqust ayında başa çatacağı bildirilib. "Sahil-İnşaat” MTK-nın tikintini yubatması sakinlərdə müəyyən şübhələrə yol açıb. Onlar hesab edir ki, inşaat işlərinin dayandırılması maliyyə böhranı ilə əlaqədar ola bilər.

"Şirkət tikinti işlərinin dayandırılmasının səbəbini izah etmir. Amma bizdə şübhələr var ki, maliyyə vəsaiti çatmır. Ona görə də bina yarımçıq qalıb. Binanın demək olar ki, bütün mənzilləri alınıb. Maliyyə çatışmazlığı əldə edilən pulların qaranlıq məqsədlərə xərclənməsindən xəbər verir. Bu artıq dələduzluq əməlidir. Yəni, bina tikintisi adı ilə vətəndaşları aldadıb onların pulunu ələ keçirmək deməkdir. Bununla bağlı Baş prokurora müraciət edəcəyik”, - deyə vətəndaşlar bildirir.

Onları narahat edən digər məsələ maliyyə çatışmazlığı üzündən tikinti işlərinin keyfiyyətsiz aparıla biləcəyidir: "Biz kreditlə, borcla ev almışıq. Hazırda da kirayə yaşayırıq. Tikinti işlərinin uzanması bir yana, ehtiyat edirik ki, maliyyə çatışmazlığı üzündən işlər keyfiyyətsiz aparıla bilər. Ona görə də Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik ki, binanın keyfiyyətini yoxlasın”.

Vətəndaşlar həmçinin qeyd edib ki, yaxın vaxtlarda Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşmağı planlaşdırırlar.
Bugün, 20:59
Masallının "srok" yatan bələdiyyə sədri... - Özü dedi ki...
Bugün, 20:33
Kəlbəcər rayonu 23 saylı məktəbin direktorunun ŞOK videosu yayıldı – Qardaşıda “Azərbaycan Dəmir Yolları” xidmət rəisidir ŞOK VİDEO
Dün, 12:36
"Elnur deputatdır... NİYƏ MƏNƏ KÖMƏK ETMİR?!" - Seçicisi Elnur Allahverdiyevə SƏSLƏNDİ
Dün, 12:18
Başçı həbs olundu, problemlər isə yerində qalır... - Şəmkirdə ETİRAZ
Dün, 11:40
Vətəndaş icra başçısına OD PÜSKÜRDÜ - NARAZILIQ!
Dün, 11:21
Nazirin bacanağı MÜFLİSLƏŞMƏ HƏDDDİNDƏ... - “AFB Bank” çökür...
12-05-2021, 13:25
Arzu Rəhimovun ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKT
12-05-2021, 13:06
Ədliyyə Nazirliyi və Ali Məhkəmə Ağayevlər ailəsini əsir götürüb... - QALMAQAL
12-05-2021, 12:25
Əhəd Abıyevdən Prezidentə ŞİKAYƏT OLUNDU... - İTTİHAM
12-05-2021, 12:05
Sədərəkdə Prezidentin Sərəncamına məhəl qoyan yoxdur – Oranın öz xanı, öz dərəbəyi var
12-05-2021, 11:28
Rövşən Rzayevin biznesini kim yönəldir... - İDDİA
12-05-2021, 11:04
Sabah Şuşada bayram namazı qılınacaq - VİDEO
12-05-2021, 10:38
Hakim Rüstəm Kərimli qanunları necə pozur? - NARAZILIQ!
12-05-2021, 10:01
Veysəloğlu MMC ilə bağlı ilginc iddialar - Kimə güvənirlər?
11-05-2021, 15:44
Azərbaycanlı oliqarxın oğlunun Londondakı QONŞULARI – Onların arasında baş nazirin müavini də var
11-05-2021, 11:48
İcra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - İTTİHAM
11-05-2021, 11:23
Bayramovla Lavrov arasında görüş başladı
11-05-2021, 11:10
Pulunu ala bilməyən işçilər piket keçirməyə hazırlaşırlar - Fərhad Əhmədovdan şikayət
11-05-2021, 10:48
Tovuzda narazılıq yaradan kimdir? - İDDİA
11-05-2021, 10:20
Parlamentdə yeni Rəfael Cəbrayılov olayı - Deputat dələduzu himayə edir?
11-05-2021, 09:35
Kəlbəcərə YENİ BAŞÇI ilə qayıdarıq... - Qocayevi Bakıda qoyub gedərik...
10-05-2021, 23:08
Tovuzun “yezid”i Darvin Hüseynov əhalini su ilə imtahana çəkir- ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...
10-05-2021, 19:00
AAYDA-nın sehirli "LAPATKA"sı: Yola ayrılan pullar CİBƏ NECƏ GEDİR?
10-05-2021, 16:30
Qazaxın icra başçısı dövlətə məxsus binaları satır – Həbs növbəsi ona çatır?
10-05-2021, 13:08
Göygöldə Üçtəpə sakinləri nələrdən narazıdır? - GİLEY
10-05-2021, 12:23
Masallı belə idarə olunur... - İTTİHAM
10-05-2021, 11:53
Prezident Naxçıvanda bir sıra açılışlarda iştirak edib