Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət və turizm mərkəzində milyonluq mənimsəmə!Video-müraciət
Gündəm / Araşdırma / Video
Oxunub: 405
1 Ekm 2021 | 12:36
Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət və turizm mərkəzində milyonluq mənimsəmə!Video-müraciət


Uzun illər ərzində bu idarə korrupsiya yuvası kimi fəaliyyət göstərib. Hələ regional idarə olmamışdan əvvəl bu idarə rayon rəhbərliyi və idarə rəhbərliyinin korporativ maraqlarına xidmət edib. Bu illər ərzində dövlət büdcəsindən ayrılan milyonlar yuxarıda qeyd olunan qurumlar tərəfindən mənimsənilib. Müəssisəyə sabiq müdir Azər Abbasovun dövründə milyonlarla ziyan vurulub. Nazirlik tərəfindən ayrılan milyonlar və müxtəlif inventarların silinərək satılması da bu faktlar içərisindədir.2017- ci ildən sonra bu kimi qanunsuz əməllər davam edərək, pik nöqtəyə çatıb. Sonuncu idarə rəisi Elnur Hüseynovun rəhbərliyi dövründə mərkəzdə xeyli yumşaq, bərk inventarların satılması faktları da qeyd olunanlar içərisindədir. Musiqi məktəbində rüşvət və böyük mənimsəmə hallarının olduğunu bildirirlər.Ümumiyyətlə,bu regional mərkəzin bütün informasiyaları saxta statistika üzərində qurulub. Elnur Hüseynov, Azər Abbasov, Şamo Nuğayev, Araz Şəmdilli, Könül Baxşəliyeva haqqında müxtəlif fikirlər və iddialar var. Mənbə bildirir ki, bu adamlar rüşvət alınması,yuxarılara ötürülməsi və sair qanunsuz əməllərin həyata keçirilməsi prosesində fəal iştirak etmişlər. Və dövlətin maraqları ziddinə fəaliyyət göstərmişlər, hazırda həmin adıçəkilən şəxslərin az müddətdə bahalı avtomobilləri və dəyəri yüz minlərlə ölçülən şəxsi mal-mülkləri var.



İdarəyə yeni təyin olunmuş rəis Elçin Nəcəfov idarəni məhz buna görə təhvil almaq istəmir. Çünki böyük çatışmazlıqlar var. Əgər Elçin Nəcəfov idarəni bu vəziyyətdə təhvil alsa, demək ki, baş verən qanunsuzluqlara ortaq olmağa razılıq vermiş olur. Ancaq heç inandırıcı deyil ki, yeni rəis bu oyuna razı olsun. Çünki buradan cinayət iyi gəlir və sonu həbsdir.
Son günlər rəis Elçin Nəcəfov nazirlikdən maliyyə yoxlaması tələb etdiyinə görə, yuxarıda adları çəkilən şəxslər tərəfindən təhdid olunur.Hətta qeyd olunan şəxslərdən birinin yaxın qohumu rəisi otağında hədələyərək 3 gün ərzində İsmayıllıdan çıxmasını tələb etmişdi və bu məsələ həddən çox şişmiş və prosesə rayon rəhbərliyi və mədəniyyət və turizm nazirliyi nazir səviyyəsində qarışmışdı.
Redaksiyadan: Bəli, biz də bu qənaətdəyik ki, yuxarıda adları çəkilən şəxslərin böyük miqdarda mənimsəmə faktları var və buna görə hazırkı rəisi təhdid edirlər. Məqsəd budur ki,rəis idarəni təhvil alsın və maliyyə yoxlaması gəlməsin. Ancaq biz də rəis Elçin Nəcəfovu dəstəkləyir və bildiririk ki, adam haqlıdır və mədəniyyət və turizm nazirliyi təcili olaraq İsmayıllı rayonuna regional mədəniyyət və turizm mərkəzini yoxlamaq üçün maliyyə yoxlaması qrupunu ezam etməlidir. Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər həyata keçirilməlidir. Əgər mənimsəmə halları təsdiqini taparsa bu haqda hüquq-mühafizə orqanlarına, prokurorluq orqanlarına məlumat verilməli və hüquqi qiymət məsələsinə baxılmalıdır.
Mövzunu diqqətdə saxlayacağıq. Mənbə adıçəkilən şəxslərin mal-mülkü barəsində məlumat verəcəyini bildirib. Bizi izləməyə davam edin.

İnformasiya şöbəsi.
9-10-2021, 15:35
Xırdalan qəbiristanlığı acınacaqlı durumda və qiymət özbaşınalığı - Qəbiristanlıq biznesi - Cənab Prezidentin nəzərinə!
6-10-2021, 01:48
Əməkdar Müəllim
6-10-2021, 01:46
İsmayıllı rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olunub
5-10-2021, 13:46
İsmayıllıdan olan şəhid Ramil Musayevin medalı ailəsinə təqdim edilib
5-10-2021, 13:45
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
5-10-2021, 13:41
Ekologiya Nazirliyi paxlava yeyib dron uçurdub şou göstərir ya...VİDEO
5-10-2021, 13:34
İsmayıllı rayon təhsil şöbəsinin müəllim günü təbriki
4-10-2021, 01:35
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
4-10-2021, 01:28
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
4-10-2021, 01:23
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
4-10-2021, 01:17
İsmayıllıda şəhidlər daima anılır
4-10-2021, 01:15
İsmayıllıda Kəlbəcərdən olan şəhidin məzarı ziyarət edilib
3-10-2021, 12:00
Əhliman Əmiraslanov indi də səhiyyə naziri olmaq istəyir- Keçmiş rektorun topdağıtmaz mülkləri
2-10-2021, 20:16
SAHİL BABAYEVİN DİQQƏTİNƏ: MASALLIDA ƏMƏK MÜFƏTTİŞLƏRİNİN YARİTMAZ FƏALİYYƏTİ
2-10-2021, 20:10
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
2-10-2021, 10:59
Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir
2-10-2021, 10:50
İsmayıllı Rayon Təhsil Şöbəsi monitorinqləri davam etdirir
2-10-2021, 10:43
Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
2-10-2021, 10:41
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
1-10-2021, 16:43
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
1-10-2021, 12:40
Keçmiş məhkum olduqca ciddi və doğru faktlar açıqladı
1-10-2021, 12:36
Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət və turizm mərkəzində milyonluq mənimsəmə!Video-müraciət
1-10-2021, 12:29
İsmayıllıda ictimai qınaq! Ay heyvan sındırma! Video
1-10-2021, 11:18
Aidiyyatı orqanlar niyə Masallıda olan "meşə mafiyasın" "dur" deyə bilmir?!
30-09-2021, 11:31
Cənub bölgəsində meşələrin soyqırımı davam edir
30-09-2021, 02:18
Tarixi qərar və şanlı Qələbə
29-09-2021, 23:20
“Lombard Məlahət” niyə lombard fəaliyyəti ilə məşğul olmasını inkar edir ?- “Lombard Məlahət” bağlı – FAKTLAR