“Bakcell” oğurluğundan dönən deyil…
Gündəm
Oxunub: 31
2 Eyl 2021 | 11:41
“Bakcell” oğurluğundan dönən deyil…
“Keçən dəfə Bakcelldən şikayət etmişdim. Ancaq nə fayda…. Üstündən bir həftə keçmişdi ki, eyni hal təkrarlandı”. Bu fikirləri “Bakcell” abunəçisi Ceyla Alhanova facebookda “Müştəriyəm şikayətim var” qrupunda yazaraq bildirib.

Onun sözlərinə görə, avqustun 27-də “Klass M” paketini yeniləyib, “Yüksək surət” interneti deaktivasiya edib, bununla bağlı təsdiq mesaj alıb.

“Daha sonra balansıma 5 manat yüklədim, ancaq yükləyən kimi yenə də 0.89 Azn balansdan çıxılıb, 100 mb internet aktivləşdirildi. 555 zəng edib, məsələni bildirdim, əvvəlcə qəbul etmədilər ki, siz deaktivasiya etməmisiniz.

Gələn təsdiq mesajını saatına, gününə qədər operatora oxuyandan sonra, operator deyir “Hə, düzdür, görünür nəsə texniki səhvlik olub, siz interneti bağlayın, istifadə etməyin, biz məsələni texniki şöbəyə yönləndirək, araşdırsınlar”, – şikayətçi yazıb.

C.Alhanova şirkətin əməkdaşına sual edib ki, bu araşdırma nə qədər çəkər: “Axı hər şeyin internet olduğu vaxtda, səhv sizdə ola-ola mənə deyirsiniz ki, bilinməz bir vaxta qədər interneti bağlayın. Deyir, “hə, siz o mb istifadə etsəniz pul qaytarıla bilmir”. Nə isə, gördüm “Bakcell” oğurluğundan dönən deyil, mən də onlara heç nəyi sübut edə bilməyəcəm, sağollaşdım.

Və mənim bakcellimə daxil olub görürəm ki, internet olub 99.98 mb. Halbuki anındaca bağlamışdım interneti. Yəni bir sözlə belə oğru operator mən görmədim. Bakcellin isə bu mənfi rəylər heç vecinə də deyil”.

Qeyd edək ki, son dövrlər “Bakcell” mobil operatorundan kütləvi şikayətlər daha da artıb.
Dün, 21:54
İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar
Dün, 21:46
Lerik meşələrinin qırılması Ekologiya və təbii sərvətlər nazirliyi səviyyəsində həyata keçirilir! Video-Audio
Dün, 10:25
İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir
Dün, 10:23
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Dün, 10:19
Lerik meşələrinin qənimi Nazir Orucov yenə də qan-qan deyir! Video-audio
15-09-2021, 13:13
Azərbaycan Respublikasının Prezdenti İLHAM ƏLİYEVƏ
15-09-2021, 13:12
Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə
15-09-2021, 01:31
Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə
13-09-2021, 09:05
İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO
11-09-2021, 15:59
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
9-09-2021, 10:54
Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO
8-09-2021, 01:52
Təhsil əngəl tanımır
8-09-2021, 01:50
İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir
7-09-2021, 10:29
Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
7-09-2021, 10:27
Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!
7-09-2021, 10:16
Gürcüstanda qızqın seçkilər ərəfəsidir
7-09-2021, 10:13
Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT
7-09-2021, 10:09
Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video
6-09-2021, 00:37
Mehdi Səlimzadə üzünə qanunsuz əməllərinə görə etiraz etdiyimə görə məndən qisas alır Video
6-09-2021, 00:31
Siyəzən rayon icra hakimiyyəti başçısının birinci müavini Aqşin Ağayev barəsində şok iddia - Video
3-09-2021, 11:57
Azərbaycanın yeni yaşayış mərhələsi
3-09-2021, 11:57
Mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürü
3-09-2021, 00:11
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
3-09-2021, 00:10
Göyçay: Məktəbimiz, yolumuz bərbad, baxanımız yoxdur,10 dəqiqəlik yolu 40 dəqiqəyə gedirik,uşaqlar məktəbdən evə bit-birə gətirirlər...!_ŞİKAYƏT
2-09-2021, 11:41
“Bakcell” oğurluğundan dönən deyil…
2-09-2021, 11:35
Əhmədzadə qardaşlarının “SOCAR Trading”dəki özəl biznesi
2-09-2021, 01:35
Bununla neçənci dəfədir ki, eyni biabırçılıq yaşanır. Vəkilə hücum etmək, əl qaldırmaq nə deməkdir də, a kişi?! Cəzasızlıq mühiti yaradılıb bu qoçular üçün?!